Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamanın kəhanəti – Gələn il Alyaska və Kaliforniya Rusiyaya birləşəcək…

Rusiyada Baş şamanın müavini 2023-cü ildə ABŞ-ın iki ştatının ilhaq ediləcəyini və Rusiyaya birləşdiriləcəyini proqnozlaşdırıb…

Artur Tsıbikovun sözlərinə görə, bu il Alyaska və Kaliforniya Rusiyanın tərkibinə daxil olacaq. Eyni zamanda, şaman hesab edir ki, hazırda ölkəsində “iqtisadi artım” və “rifah” var.

PİA.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Rusiya Baş Şamanının müavini Artur Tsıbikov onu da deyib ki, yaxın gələcəkdə ABŞ bir neçə hissəyə bölünəcək, bəzi ştatlar müstəqillik elan edəcəklər. Alyaska və Kaliforniya kimi ştatlar isə “Rusiyaya qayıdacaq”.

Rusiya Baş şamanın müavini Ukraynadakı müharibədən də danışıb.

“Kasıb, çoxsaylı əzablara düçar olan qonşumuz Ukrayna” rus dünyasına “ağır nəticələrlə” daxil olur”, deyə şaman bildirib.

“Bizim Rusiyada iqtisadi böyümə və tərəqqi var. Bütün dünya bu tərəqqiyə baxıb görəcək ki, bizim Rusiya sivilizasiyasının yüksəlişinin, inkişafının və bütün dünyanın xilasının lokomotividir", deyə şaman əlavə edib.

Onun sözlərinə görə, Rusiyada “böyük təlatümlər” gözlənilmir, çünki ölkə “bifurkasiya nöqtəsini keçib və sürət qazanır”.

Artur Tsıbikov Anqarsk şəhərinin dini təşkilatının sədridir. O, özünü "zaarin, ən yüksək şaman" və eyni zamanda "professor" adlandırır. Ona 2018-ci ildən ona Rusiyanın Baş Şamanının müavini statusu verilib. Tsıbikov hərbi xidməti xüsusi təyinatlı hissədə keçib.

Xatırladaq ki, bu yaxınlarda “Putini qovmaq” niyyətində olan yakut şamanı dəli elan edilmişdi. Hazırda şaman Aleksandr Qabışev psixiatriya dispanserində saxlanılır.

Perudan olan şamanların proqnozlarına görə isə “sülh uzaqda deyil”. Perunun paytaxtı Limadan olan bir qrup şaman bir sıra ayinlər keçirib, nəticədə, onlar Rusiyanın Ukraynada başlatdığı müharibənin 2023-cü ilin avqustundan əvvəl bitəcəyini proqnozlaşdırıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar