Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sahibkarlara güzəştlər ediləcək“ - Nazir


Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Tovuz şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb


Tovuz rayon Mədəniyyət Evində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, ziyalılar iştirak ediblər.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı məsələlərə də toxunan Heydər Əsədov bildirib ki, buna nail olmadan yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Nazir fikrini statistik göstəricilərlə əsaslandırıb: “Hazırda ölkədə 2 milyon 200 min iribuynuzlu mal-qara var. Bu heyvanların əksəriyyəti həm az məhsul verir, həm də örüş-otlaqlarda torpaqları deqradasiyaya uğradır. Halbuki, cins tərkibini yaxşılaşdırmaqla mal-qaranın ümumi sayını 400-500 min başadək azaltmaq mümkündür. Eyni zamanda, heyvanları qapalı şəraitdə bəsləməklə örüş-otlaq sahələrini yem, yaxud əkin dövriyyəsinə cəlb etmək olar”.

Görüşdə suvarma suyuna tələbatı ödəmək məqsədilə həyata keçirilən infrastruktur layihələri haqqında da ətraflı məlumat verilib. Heydər Əsədov bildirib ki, yeni kanalların çəkilməsi, suvarma şəbəkələrinin qurulması, subartezian quyuların qazılması ilə yanaşı, bu sahədə yeni təsərrüfatçılıq metodları da tətbiq olunmalıdır. Bu metodlara üstünlük verən sahibkarlara müvafiq texnikaların alınmasında “Aqrolizinq” ASC vasitəsilə güzəştlər ediləcək.

Sonda nazirin tapşırığına əsasən, rayon sakini Qədir Qəhrəmanovun müraciəti nəzərə alınaraq, ona “Belarus-89.2” markalı traktorun növbədənkənar lizinqə verilməsi yerində rəsmiləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Ən çox oxunanalar