Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rüşvət al, qiymətləri qaldır, qəti dinməzlər, şortik geyinsən, səni tikə-parça edəcəklər”

“Millətin gözünün qabağında haqqını ye, rüşvət al, vəzifəndən sui istifadə et, uşaq pulunu vermə, qiymətləri qaldır, gözlərinin qarşısında nahaq yerə birini tut, bas içəri, işgəncə ver, Tərtər hadisələrini törət, qəti dinməyəcək, heç cınqırığını da çıxarmayacaq, sadəcə oturub baxacaq. Amma nəbadə gözünün qabağında şortik geyinmə, yoxsa səni tikə-parça edəcək”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.

“İlahi, 100 illər ərzində heçmi dəyişmədik? Cahilliyimizlə Mirzə Cəlilləri, Sabirləri, Axundovları, Bəxtiyarları, Bünyadovları, Elçibəyləri məhv etdik, dəyişmədik ki, dəyişmədik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə İsmayıllı rayonunun Qalacıq kəndinin sakinləri çay sahilində dincəlmək qərarına gələn bir qrup turisti ərazidən uzaqlaşdırmağa cəhd ediblər. Buna səbəb turistlərdən ikisinin şort geyinməsi olub. Turistlər geyiminə görə yerli sakinlərin qınağı ilə üzləşib. Bu hadisədən sonra şort geyinilməsi məsələsi sosial şəbəkələrdə gündəmə çevrilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Ən çox oxunanalar