Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın yeni əraziləri ilhaq etməsi Aİ-ni genişlənməyə məcbur edir

Rusiyanın yeni regionları ilhaq etməsi Avropa İttifaqı (Aİ) ölkələrini assosiasiyanı genişləndirmək zərurətini nəzərdən keçirməyi sürətləndirməyə sövq edib...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri yazır.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirmişdi ki, Aİ genişlənmənin yeni mərhələsinə hazırlığı gücləndirməli və 10-a yaxın yeni dövlətin qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.

“Hazırda 27 ölkədən ibarət bloka səkkizədək yeni üzvün cəlb edilməsi istiqamətində iş aparılır. Bununla belə, tarixi genişlənmə istəyi Aİ üçün müəyyən risklər daşıyır. Yeni dövlətlərin, o cümlədən kənd təsərrüfatı Ukraynasının birləşməsi bütün Pandora qutusunu açır”, deyə Politico yazır.

Nəşr Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqin “Avropa İttifaqının yanaşmasını dəyişməli və cəsarət göstərməli olduğunu” iddia edən sözlərinə diqqət çəkir. O bildirib ki, Qərbi Balkanların altı ölkəsi, o cümlədən Ukrayna və Moldova “Avropa ailəsi”nə qoşulmalıdır.

Politico materialının müəllifləri qeyd edirlər ki, Aİ-nin genişlənməsi ilə bağlı söhbətlərin intensivləşməsinə səbəb ötən il Rusiya prezidenti Vladimir Putinin DXR, LPR, Xerson və Zaporojye vilayətlərini Rusiyaya daxil etmək qərarı olub. Eyni zamanda, Aİ Ukraynanın üzvlük üçün müraciətinə baxılmasına xüsusi diqqət yetirir, çünki o, blokun bəzi meyarlarına cavab vermir. Söhbət xüsusilə ölkədə korrupsiyanın yüksək səviyyəsindən və islahatların ləng aparılmasından gedir.

Avqustun 28-də Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişel Aİ-ni ittifaqın genişlənməsinə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, Aİ 2030-cu ilə qədər yeni üzv ölkələri assosiasiyaya qəbul etməyə hazır olmalıdır.

Hazırda 7 ölkə Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizəddir. Onların arasında Albaniya, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro var. Ukrayna Avropa Birliyinə üzv olmaq üçün sənədləri 2022-ci ilin fevral ayının sonunda təqdim edib və ərizə iyun ayında təsdiqlənib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay