Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın dünya liderliyi - Moskvanın iqtisadi potensialı bunun üçün yetərlidir?

ABŞ və Çinin iqtisadi potensialından fərqli olaraq iqtisadi potensialı qat-qat kiçik olan Rusiyanın dünya liderliyi nə qədər mümkündür?..

İqtisadçı-ekspert: “Rusiyanın keçmiş postsovet ölkələri üzərində getdikcə müəyyən hegemonluğu arta bilər. Amma Rusiyanın dünyada lider vəziyyətinə gəlməsi çox da asan görünmür”.

“Həm ümumdaxili məhsulun həcmini, həm adam başına düşən ümumdaxili məhsulun həcmini, həm də ixracat potensialını və iqtisadiyyatın strukturunu diqqətə alarsaq, görərik ki, Rusiyanın dünya lideri olması üçün potensialı yoxdur”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiyalı senator Aleksey Puşkovun pandemiyadan sonra Rusiyanın dünya liderlərindən biri olacağıilə bağlı proqnozunu PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Rusiyalı senator Aleksey Puşkov, yeni tip koronavirus pandemiyasının ABŞ-ın dünya hegemonyasını arxada qoyacağını və üçqütçlü dünya sisteminin yaranacağını deyib. Qeyd edək ki, daha öncə “South China Morning Post” qəzetində yayımlanan bir məqalədə, koronavirus pandemiyası qurtardıqdan sonra strateji, hərbi və iqtisadi baxımdan ən güclü olan Rusiya, Çin və ABŞ-ın dünya düzenini yenidən şəkilləndirəcəklərin­i bildirmişdi.

Xəbəri “Twitter” hesabından dəyərləndirən Puşkov, “Çin də pandemiya sonrasında dünyanı ABŞ, Çin və Rusiyamın şəkilləndirəcəyi düşünülür. Bəli, bu böyük üçlük əsas rolda olacaq. Ancaq ABŞ-ın dünya hegomoniyası ilə bağlı iddialarından əl çəkməsi gərəkəcək. ABŞ-ın elit kəsimi buna hazır deyil. Amma pandemiya bunu təyin etdi, bu hegemoniya keçmişdə qaldı” ifadələrini paylaşıb.

Rus senator ABŞ-ın hegeoniyasının çökmə səbəblərindən biri olaraq pandemiya dönəmində Vaşinqtonun NATO-dan olan müttəfiqlərinə yardım etməməsini və bunun da Avropada əsəb yaratdığını irəli sürüb. Senatora görə artıq ABŞ-a olan inam və etimad ortadan qalxıb. Puşkovun fikrincə dünyanın idarə sistemində dəyişikliklər yaxın on oldə baş verə bilər, lakin bu prossesin uzanmasını da istisna etmək olmaz.

ABŞ və Çinin iqtisadi potensialı dünya liderliyi üçün yetərlidir, lakin iqtisadi potensialı qat-qat kiçik olan Rusiyanın dünya liderliyini nə qədər mümkün hesab etmək olar və dünya lideri olmaq üçün tək hərbi potensial yetərlidirmi?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli ilə mübarizə edib.

Natiq Cəfərli : “Rusiyanın dünya yox, regional lider kimi möhkəmlənməsi ehtimalı daha güclüdür”.

Rusiyanın hərbi cəhətdən güclü dövlət olduğunu xatırladan İqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, 21-ci əsrin dünyası artıq hərbi müdaxilələrlə idarə olunan dünya deyil. İndiki vaxtda iqtisadi məsələlər daha öndədir:

Rusiyanın dünya yox regional lider kimi möhkəmlənməsinə ehtimalı daha güclüdür. Çünki həm ümumdaxili məhsulun həcmini, həm adam başına düşən ümumdaxili məhsulun həcmini, həm də ixracat potensialını və iqtisadiyyatın strukturunu diqqətə alarsaq, görərik ki, Rusiyanın dünya lideri olması üçün potensialı yoxdur.

Düzdür Rusiya hərbi cəhətdən güclü dövlətdir. Yəni Rusiyanın hərbi sənaye kompleksi güclüdür. Amma 21-ci əsrin dünyası artıq hərbi müdaxilələrlə idarə olunan dünya deyil. İndiki vaxtda iqtisadi məsələlər daha öndədir.

Natiq Cəfərli : “Rusiyanın ümumdaxili məhsulu dünyanın ümumdaxili məhsulunun 2 faizindən bir az çoxunu ancaq təşkil edir. Bu da dünya lideri olmaq üçün yetərli deyil”.

Buna görə də iqtisadi potensialı baxanda demək olar ki, Rusiyanın keçmiş postsovet ölkələri üzərində getdikcə müəyyən hegemonluğu arta bilər. Amma Rusiyanın dünyada lider vəziyyətinə gəlməsi çox da asan görünmür. Çünki Çinin və ABŞ-ın birlikdə iqtisadi potensialı dünyanın az qala 50 faizini təşkil edir. Rusiyanın ümumdaxili məhsulu isə dünyanın ümumdaxili məhsulunun 2 faizindən bir az çoxunu ancaq təşkil edir. Bu da dünya lideri olmaq üçün yetərli deyil.

Məlumdur ki, Rusiya hərbi siyasi məsələlərdə regional gücdür. Bu güc daha da güclənə bilər. Amma bir daha qeyd edim ki, Rusiyanın dünya miqyasında hər hansı ciddi oyunçuya çevrilməsi ehtimalı çox aşağıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Elgizlə Rüfət üz-üzə: "Səni yıxıb sürüyəcəm"

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəmə iclası keçirilib

Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclası keçirilib - Yenilənib

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

Ən çox oxunanalar