Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Cənubi Qafqaz siyasətində olan dəyişikliklər və yeni reallıqlar...

Rusiyanın Azərbaycanla və Ermənistanla münasibətlərində yeni konturlar ortaya çıxıb...

Politoloq: “Rusiyanın özünün suni şəkildə münaqişə yaradıb, idarə etdiyi bölgədə Azərbaycan qardaş Türkiyə ilə birlikdə elə bir geosiyasi əməliyyat keçirdi ki, bunu təkcə hərbi əməliyyat adlandırmaq doğru olmazdı”.

Rusiyanın Cənubi Qafqazda indiki geosiyasi vəziyyətə uyğunlaşdığını desək, daha doğru olardı”.

Bu sözləri politoloq Natiq Miri Rusiyanın Cənubi Qafqaz siyasətində olan müəyyən dəyişiklikləri PİA.az-a şərh edərkən qeyd edib.

II Qarabağ savaşından sonra Rusiyanın Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər hiss olunur. Ötən iki il müddətində Rusiyanın regionda gedən proseslərə daha dözümlü yanaşması müşahidə olunur. Xüsusən Rusiyanın Azərbaycanla və Ermənistanla münasibətlərində yeni konturlar ortaya çıxmaqdadır. Bu fonda Ermənistanda Rusiyadan narazılıq hər gün daha da artır. Xüsusən Laçının boşaldılmasından sonra ermənilərin Rusiyaya olan ümidləri ölməkdədir. Artıq yeni reallıqları onlar da qəbul etməyə başlayıblar və bu hətta reşanşist Rusiyapərəst erməni müxalifətinin də davranışlarında hiss olunur. Eyni zamanda Paşinyan hakimiyyəti də xəyal qırıqlığına uğradıqlarını gizlətmirlər.

Dünən isə Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyyannnaməsini qəbul etməsinin 30 illiyi münasibəti ilə xalqa ünvanladığı müraciətində maraqlı ifadələr yer alıb. Paşinyan bildirib ki, “Müstəqillik bizim üçün möhkəm müttəfiqlik bağları deməkdir. Amma müttəfiqlər heç də həmişə ancaq sənin müttəfiqin olmur, həmçinin sənə qarşı olanlarla da olur”.

Faktiki olaraq Paşinyan bu ifadələrlə Ermənistanın müttəfiq olmadan müstəqil ola bilməsini inkar edib və nəzərə alsaq ki, son 200ildə Ermənistanın regiondakı əsas müttəfiqi Rusiya olub, o zaman Ermənistanın üzləşdiyi mənzərə daha aydın görünür. Bu etiraf həm də onu göstərir Ermənistanda artıq dövlət müstəqilliyinin davam edə bilməsi üçün Rusiyaya ümid bəsləmir və indi Yeravanda anlayırlar ki, ermənilər ya yeni müttəfiq tapmalı, ya da tələb olunanları yerinə yetirməlidir. Yeni müttəfiqin tapəlması isə imkansız görünür. Çünki ermənilərin yeni müttəfiq olaraq gördükləri regiondan uzaqdırlar və burda hərbi güc mərkəzinə sahib deyillər. Digər tərəfdən isə Rusiya hələ də Cənubi Qafqazda özünün hərbi mövqeyini qorumaqdadır və hələ ki, bu mövqeyini heç kimə güzəştə getmək istəmir. Lakin regionda qala bilmək üçün Rusiyaya da müttəfiq lazımdır və belə bir müttəfiq ancaq Türkiyə görünür. Azərbaycanala və Ermənistanla olan münasibətlərində Moskvanın izlədiyi yeni konturlar da məhz burda görünür və Rusiya Cənubi Qafqazdakı siyasi, iqtisadi və hərbi varlığını müharibəsiz davam etdirə bilmək üçün indi Ermənistana deyil, Azərbaycana gediş etməlidir və son proseslər də bunu göstərir.

II Qarabağ savaşından sonra Rusiyanın Cənubi Qafqaz siyasətində başqa hansı dəyişikliklər var və bu dəyişiklər Rusiyanın Qərblə olan mübarizəsinə nə qədər uyğunlaşdırılıb?

Rusiyanın dəyişən siyasətini PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rusiyanın Cənubi Qafqaza, eyni zamanda AzərbaycanErmənistana münasibəti tamamilə dəyişib. Rusiya Cənubi Qafqazda yeni güc mərkəzlərinin varlığını qəbul edib. Bu məsələ dolayısı ilə Azərbaycanın maraqları kontekstində baş verir. Çünki Rusiya ilə bərabər Türkiyənin regionda varlığı yeni bir hərbi balans yaradıb”.

Bundan sonra Cənubi Qafqaz deyəndə təkcə Rusiyanın əhatə dairəsi və geosiyasi maraqlar əhatəsi kimi danışmağın düzgün olmadığını vurğulayan politoloq PİA.az-a bildirib ki, Türkiyə gerçəyini Rusiya qəbul edib və Cənubi Qafqazda Ermənistan, Azərbaycan, Gürcüstan məsələlərində mütləq mənada Rusiyanın Türkiyə ilə bu məsələlələri müzakirə edib, razılaşmaq məcburiyyəti yaranıb. Bu yeni reallıqdır:

“Əvvəla, Rusiyanın Cənubi Qafqazda indiki geosiyasi vəziyyətə uyğunlaşdığını desək, daha doğru olardı. Çünki Rusiya heç bir zaman özünün geosiyasi marağı olduğu coğrafi ərazilərə başqa bir dünya güclərini buraxmaq istəyib. Bu günün özündə də Rusiya o fikirdə deyil.

Bir də bu gün yaranan reallıqlar var. Xüsusilə də, Rusiyanın fevralın 24-dən bəri batdığı Ukrayna bataqlığını nəzərə alsaq, Rusiya bir çox bölgələrdə demək olar ki, öz nüfuzunu itirməkdədir. Bu həm Cənubi Qafqazda belədir, həm Orta Asiyada belədir, bütövlükdə Avrasiyada Rusiya getdikcə öz gücünü itirməkdədir. Bu məsələ təkcə Cənubi QafqazAzərbaycan, Qarabağla olanlarla bağlı deyil. Bu gün Ukrayna-Rusiya müharibəsi fonunda bir Qərb-Rusiya qarşıdurması planlaşdırılıb.

Bu fonda bu proseslər eynən Ukraynadan digər bölgələrə də transformasiya olunub. Yəni Rusiya Ukrayna bataqlığında necə zəiflədilib, tükəndilibsə, eyni prosesi biz Cənubi Qafqazda, Orta Asiyada, bütövlükdə Avrasiyada müşahidə edirik və bu davam edəcək. Bütün bunlar Rusiyaya qarşı böyük bir geosiyasi savaşın təkib hissələridir. Bu gün də biz bunu müxtəlif regionlarda, coğrafi ərazilərdə müşahidə edirik.

Natiq Miri: “Ərdoğanla Putin arasında bir siyasətçidən daha çox bir kişi münasibətləri mövcuddur və ona görə də Putin Cənubi Qafqazda İran da daxil olmaqla digər oyunçulardan Türkiyəyə daha çox inanır”.

Vətən müharibəsi də regionda tamamilə yeni reallıqlar yaratdı. Rusiyanın özünün suni şəkildə münaqişə yaradıb, idarə etdiyi bölgədə Azərbaycan qardaş Türkiyə ilə birlikdə elə bir geosiyasi əməliyyat keçirdi ki, bunu təkcə hərbi əməliyyat adlandırmaq doğru olmazdı. Nəticə etibarilə Rusiya istəməsə də, Türkiyə regionda öz varlığını təsbit etdi. Rusiya da bu gerçəyi qəbul etmək məcburiyyəti ilə üzləşdi.

Artıq bundan sonra Cənubi Qafqaz deyəndə təkcə Rusiyanın əhatə dairəsi və geosiyasi maraqlar əhatəsi kimi danışmaq düzgün deyil. Türkiyə gerçəyini Rusiya qəbul edib və Cənubi Qafqazda Ermənistan, Azərbaycan, Gürcüstan məsələsi ortalığa çıxanda mütləq mənada Rusiyanın Türkiyə ilə bu məsələni müzakirə edib, razılaşmaq məcburiyyəti yaranıb. Bu yeni reallıqdır.

Ayrıca, Türkiyənin regionda olması ilə bərabər, bir də Qərb dünyası yenidən regiona gəlmək istəyir. Bir tərəfdə Avropa Birliyi, digər tərəfdə ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin nizamlamasında əsas oyunçuya çevrilib Cənubi Qafqazda hakim mövqe əldə etməyə çalışır. Buna görə də artıq demək olar ki, Cənubi Qafqazda çox ciddi geosiyasi rəqabət mühiti mövcuddur.

Bu cür reallıqlar qəbul olunduğu təqdirdə Rusiya əlbəttə ki, ABŞAvropa Birliyinin Cənubi Qafqaza gəlməsindənsə, Türkiyənin regionda olmasını təqdir edir. Çünki Rusiya dövlət başçısı ilə Türkiyə dövlət başçısı bütün fikir ayrılıqlarına rəğmən hər zaman ortaq təsəvvür, ortaq dil tapa bilirlər. Ərdoğanla Putin arasında bir siyasətçidən daha çox bir kişi münasibətləri mövcuddur və ona görə də Putin Cənubi Qafqazda İran da daxil olmaqla digər oyunçulardan Türkiyəyə daha çox inanır. Buna görə də artıq regionda yeni bir reallıq yaranıb.

Rusiyanın Cənubi Qafqaz, eyni zamanda AzərbaycanErmənistana münasibəti tamamilə dəyişib. Rusiya Cənubi Qafqazda yeni güc mərkəzlərinin varlığını qəbul edib. Bu məsələ dolayısı ilə Azərbaycanın maraqları kontekstində baş verir. Çünki Rusiya ilə bərabər Türkiyənin regionda varlığı yeni bir hərbi balans yaradıb. Yəni Rusiya artıq bölgədə təkbaşına dominant güc deyil. Artıq ortada bir Türkiyə var. Regionda qalib bir Azərbaycan ordusu var. Ortada bir də Azərbaycan-Türkiyə qardaşlığı var. Rusiya da artıq bu güclə razılaşmaq məcburiyyətindədir.

Rusiyanın münasibəti dəyişib və bundan sonra da dəyişməkdə davam edəcək. Yeni reallıqda Rusiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi başda olmaqla Türkiyənin, Azərbaycanın maraqlarını da nəzərə almaq məcburiyyətində qalacaq. Düşünürəm ki, əgər avqustun 31-də Azərbaycan, ErmənistanRusiya dövlət başçılarının görüşü təşkil olunacaqsa, bu görüş baş tutacaqsa, burada da əsas müzakirələr Azərbaycan prezidentinin tələbləri ətrafında gedəcək. Çünki ortada icra olunmamış 10 noyabr sənədi var. İki il keçməsinə rəğmən hələ də bu sənəd tamamilə yerinə yetirilməyib.

Natiq Miri: “Bütün bu gerçəyi də Rusiya qəbul etmək məcburiyyətindədir. Əks təqdirdə alternativlər yaranacaq, bu alternativ də Rusiyanın Qərbin istədiyi kimi regiondan sıxışdırılması deməkdir”.

Həmçinin Azərbaycan ərazisində yaşayan erməni toplumu Azərbaycan cəmiyyətinə hələ də inteqrasiya olunmayıb və bu ərazilərdə Azərbaycanın idarəetmə forması hələ də bərqərar olmayıb. Buna görə düşünürəm ki, bütün bu məsələlər, eyni zamanda sərhədlərin müəyyənləşməsi məsələsi, ən nəhayət Zəngəzur yolunun dəhliz kimi açılması məsələsi ən ciddi gündəmə olacaq. Düşünürəm ki, burada Ermənistan üçün konkret zaman məhdudiyyəti yaradılacaq. Çünki belə olmadığı təqdirdə Ermənistan hər zaman öhdəliklərindən çox rahatlıqla qaçır və zamana oynamaqla zamanı uzatmağa çalışır.

Amma son hadisələrdə Azərbaycan Ermənistan üçün zaman məhdudiyyəti yaratdı. Azərbaycan avqustun 25-ə qədər Laçından ermənilərin çıxmasını tələb etdi. Əks təqdirdə müdaxilə edəcəyini bildirdi. Verilən vaxt sabah bitir, və biz görürük ki, bu ərazilər tamamilə ermənilərdən boşaldılıb. Düşünürəm ki, bundan sonrakı addım yəqin ki, sentyabr ayında Azərbaycanın tələbi ilə qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması olacaq. Bundan sonra tədricən ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi başlamalıdır.

Bütün bu gerçəyi də Rusiya qəbul etmək məcburiyyətindədir. Əks təqdirdə alternativlər yaranacaq, bu alternativ də Rusiyanın Qərbin istədiyi kimi regiondan sıxışdırılması deməkdir. Rusiya bunu istəmirsə, Azərbaycan gerçəkliklərini qəbul etməlidir və düşünürəm ki, edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay