Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı deputat: “Fransa senatının Qarabağın müstəqilliyini tanıması ikiüzlülük və siyasi oyundur”

"Əgər Fransa hakimiyyətinə insanların öz müqəddəratını təyin etməsi elə vacibdirsə, demokratik dəyərlərə və digər xalqların səylərinə hörmətlə yanaşma mövqeyi düşünülmüş siyasi oyun deyil, həqiqətən səmimidirsə, onda Dağlıq Qarabağın müstəqilliyinin ardınca Krımın Rusiya ərazisi olması haqqında qərar qəbul edilməlidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet RİA Novosti agentliyinə açıqlamasında bildirib.

Krım regionundan olan deputat Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından sonra Fransa senatının Krımın Rusiya ərazisi olduğunu tanımasının məntiqi addım olacağını söyləyib: “Bu gecikmiş, amma məntiqi addım olar. Əks halda, fransalı senatorların qərarı ikiüzlülükdən başqa bir şey deyil”.

Rusiyalı deputatın sözlərinə görə, Fransa senatının Qarabağla bağlı qərarı Türkiyəyə münasibətdə geosiyasi tapşırıqları həll etmək üçün düşünülmüş “siyasi oyun”dur: “Krıma münasibətdə Fransa tamamilə başqa siyasi oyun aparır. Mən inanmıram ki, fransalı senatorları Dağlıq Qarabağdakı insanların taleyi narahat edir. İnanmıram ki, onlar Krımı tanıya bilərlər. Əgər Fransa tərəfi həqiqətən insanların qayğısına qalsaydı, hərbi münaqişəni çoxdan dayandırmağa, Qarabağda insan itkilərinə imkan verməməyə cəhd edərdilər, necə ki, bunu Rusiya öz sülhməramlılarını yerləşdirərək etdi”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Ən çox oxunanalar