Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada bir çox rusdilli Azərbaycan resurslarına giriş yasaqlandı... - Qarşılığında hansı addımı atmalıyıq?

Azərbaycan Rusiyanın bu addımlarına hansı səviyyədə cavab verməlidir?..

Media eksperti: “Ukrayna müharibəsi haqqında Rusiya televizorlarının uydurduğu yalanlar təəssüf ki, Azərbaycanda da bir çoxlarını təsir altına alır. Buna görə də biz bununla bağlı ciddi addımlar atmalıyıq”.

“Əgər əməkdaşlıq ikitərəflidirsə və burada Azərbaycanın dövlət maraqlarına hansısa ziyanlar varsa, onun qarşısı alınmalıdır. Yox əgər bu tələblərə əməl edilməsə, əlbəttə ki, onda “Sputnik Azərbaycan”ın yayımını Azərbaycanda qadağan etmək lazım gələcək”.

Bu sözləri media eksperti Qulu Məhərrəmli Rusiyada bir çox rusdilli Azərbaycan resurslarına girişə yasaq qoyulmasına PİA.az-ın əməkdaşı media eksperti Qulu Məhərrəmli ilə müzakirə edib.

Rusiyada senzuranı həyata keçirən dövlət qurumu “Roskomnadzor” rəsmi şəkildə Caliber.az saytının Rusiya ərazisində yayımlanmasını bloklayıb. Bundan əvvəl də Rusiyada bir çox rusdilli Azərbaycan resurslarına girişə yasaq qoyub.

Azərbaycanda yayımlanan Rusiya resurslarının, o cümlədən heç də Azərbaycanın maraqları daxilində informasiya siyasəti aparmayan "Sputnik Azərbaycan” resursunun bağlanması doğru olmazmı?

Mövzunu PİA.az-ın əməkdaşı media eksperti, professor Qulu Məhərrəmli ilə müzakirə edib.

Qulu Məhərrəmli: “Əgər əməkdaşlıq ikitərəflidirsə və burada Azərbaycanın dövlət maraqlarına hansısa ziyanlar varsa, onun qarşısı alınmalıdır. Yox əgər bu tələblərə əməl edilməsə, əlbəttə ki, onda “Sputnik Azərbaycan”ın yayımını Azərbaycanda qadağan etmək lazım gələcək”.

Rusiyanın ABŞAvropaya yayımladığı verilişlərdə təbliğat xarakterli materiallarla o ölkələrin ictimai rəyinə təsir etməyə çalışdığını xatırladan ekspert PİA.az-a bildirib ki, indi Rusiyanın özü həmin taktika ilə üzləşib:

“Bəli, artıq bu bir faktdır ki, Rusiyadan senzura ciddi bir şəkildə tüğyan edir. Vaxtilə Rusiyanın özü dünyanı informasiya müharibəsi ilə sarsıtmağa çalışırdı. Rusiya ABŞAvropaya yayımladığı verilişlərdə təbliğat xarakterli materiallarla o ölkələrin ictimai rəyinə təsir etməyə çalışırdı. İndi Rusiyanın özü həmin taktika ilə üzləşib. Yəni bu gün Ukraynanın informasiya resursları Rusiyanı çox acınacaqlı bir vəziyyətə gətirib çıxarıb.

Eləcə də, Qərbdən ABŞ-dan yayımlanan informasiya kanalları, saytlar, daha çox da televiziyalar Ukrayna və bu müharibə haqqında həqiqətləri yaymaqla Rusiya ictimaiyyətini məlumatlandırmağa çalışırlar. Bu Rusiya təbliğatının təsirində olan cəmiyyətə müəyyən mesajlar vermək məqsədi güdür. Buna görə də rusdilli Azərbaycan saytları, eyni zamanda bəzi gürcü saytları, həmçinin Avropanın bir çox saytları, televiziya kanalları Rusiyada qadağan olunub.

Rusiya Dövlət Duması guya yalan və saxta məlumat yaymağa görə yüksək məbləğdə cərimə, 15 ilə qədər həbs müəyyənləşdirib. Bütün bunların hamısı o deməkdir ki, Rusiya həqiqəti deyən saytların, kanalların ölkə ərazisinə daxil olmasına hər cəhətdən mane olmağa çalışır.

Qulu Məhərrəmli: “Biz dövlət maraqlarımızı, Azərbaycanın informasiya təhlükəsizliyini qorumaq şərti ilə Rusiyanı təmsil edən saytlarla çox açıq şəkildə danışmalıyıq”.

Əlbəttə, biz adekvat tədbirlər görməliyik. Ukrayna müharibəsi haqqında Rusiya televizorlarının uydurduğu yalanlar təəssüf ki, Azərbaycanda da bir çoxlarını təsir altına alır. Buna görə də biz bununla bağlı ciddi addımlar atmalıyıq.

“Sputnik Azərbaycan”la bağlı çox danışılıb, çox deyilib. Hətta müəyyən tələblər səsləndirilib və qəti qərarların qəbul olunması deyilir. Bu məsələlərdə biz dövlət maraqlarımızı, Azərbaycanın informasiya təhlükəsizliyini qorumaq şərti ilə Rusiyanı təmsil edən saytlarla çox açıq şəkildə danışmalıyıq. Düşünürəm ki, əgər onların məlumatlarında Azərbaycan gerçəkliyinə ziyan vuran, Azərbaycan dövlətinin maraqlarını tapdalayan hər hansı məlumat olarsa, onların Bakıdakı fəaliyyəti qadağan olunacaq.

Mən bütün hallarda belə radikal addımların atılmasının tərəfində deyiləm. Çünki Rusiya üzləşdiyi vəziyyəti hamıdan yaxşı dərk edir. Buna görə də hirsli vəziyyətdə olan ayını daha da qəzəbləndirmək doğru olmazdı. Bu baxımdan hesab edirəm ki, hər şey danışıqlar, dialoq səviyyəsindən qurulmalıdır. Əgər əməkdaşlıq ikitərəflidirsə və burada Azərbaycanın dövlət maraqlarına hansısa ziyanlar varsa, onun qarşısı alınmalıdır. Yox əgər bu tələblərə əməl edilməsə, əlbəttə ki, onda “Sputnik Azərbaycan”ın yayımını Azərbaycanda qadağan etmək lazım gələcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Ən çox oxunanalar