Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN Dağıstanda baş verənlərdə Ukrayna hakimiyyətini günahlandırıb

Dağıstanda kütləvi iğtişaşlar xaricdən planlaşdırılmış və həyata keçirilmiş təxribatdır...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 29-da Mahaçqala aeroportunda baş vermiş iğtişaşlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dağıstan Respublikasında baş vermiş kütləvi iğtişaşlar Rusiya Federasiyası xalqının ahəngdar inkişafına və etno-konfessional birliyinə xələl gətirməyə yönəlmiş kənardan planlaşdırılmış və həyata keçirilmiş təxribatın nəticəsidir.

Rusiya XİN sözçüsü baş verənlərdə Ukrayna hakimiyyətini günahlandırıb.

“Ukrayna xüsusi xidmət orqanlarının Rusiya istiqamətində təxribatçı fəaliyyətinin intensivləşməsi tamamilə başa düşüləndir. Kiyev rejimi hazırda dünya ictimaiyyətinin Ukrayna ətrafındakı böhrana diqqətinin azalması fonunda Rusiyada sabitliyi pozmaqda və onu beynəlxalq aləmdə nüfuzdan salmaqda ən çox maraqlıdır. Rusiya rəhbərliyinin operativ və birmənalı reaksiyası və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş, aydın və mütənasib hərəkətləri Rusiyada çaşqınlıq və nifaq salmağa ümid edənlərin hamısına birmənalı cavabdır”, deyə Zaxarova vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi müəyyən edilib

Ən çox oxunanalar