Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN: “ABŞ-ın Azərbaycanla bağlı çağırışı cəfəngiyyatdır”

Rusiya Xarici Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib


Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Dövlət Departamentinin turistlərə Azərbaycana səfər etməkdən çəkinməklə bağı çağırışını cəfəngiyyat adlandırıb:

 "Bunu ancaq Azərbaycanda olmayan, onun mədəniyyətini, siyasi reallığını bilməyən, Azərbaycanın yerini xəritədə göstərə bilməyənlər edə bilər".

M. Zaxarova dəfələrlə Azərbaycanda, Bakıda olduğunu xatırladıb: "Azərbaycan dəfələrlə idman, mədəniyyət sahəsində bir sıra beynəlxalq tədbirləri uğurla keçirib. Nədənsə beynəlxalq tədbirləri uğurla keçirən ölkələr qərbli tərəfdaşlarımızda qıcıq yaradır. Mən dəfələrlə Azərbaycanda, Bakıda olmuşam. Məmnuniyyətlə bu ölkəyə gedirəm. Bakının tarixi yerləri, restoranları, muzeyləri tamamilə təhlükəsizdir. Ona görə də turistlərə Azərbaycana, Bakıya səfər etməməyi tövsiyə etmək tamamilə cəfəngiyyatdır. Bir daha təkrar edirəm ki, bunu ancaq Azərbaycan haqqında, onun mədəniyyəti, siyasi reallığı haqqında təsəvvürə malik olmayanlar, hətta xəritədə belə bu ölkənin yerini göstərə bilməyənlər edə bilər".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.

Azərbaycan 2-ci qrupa – səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli, terror riski olan ölkələr sırasına daxil edilib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ən çox oxunanalar