Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya qırıcıları Azərbaycan üzərində - İŞİD-ə qarşı əməliyyat


Rusiyanın İŞİD-ə qarşı apardığı hərbi əməliyyat çərçivəsində bu ölkəyə məxsus qırıcılar Azərbaycan üzərindən uçur


Bu haqda Rusiyanın Birinci kanalının həftəlik “Voskresnoe vremya” verilişində nümayiş olunan sujetdə deyilir. Məlumata görə əməliyyatlarda TU 22M-3 hərbi qırıcıları istifadə olunur.

“TU 22M-3 Mozdokda havaya qalxıb. Türkiyədən yan keçərək Azərbaycan, İranİraq üzərindən uçaraq Suriyanı bombalayıblar. Strateji aviasiya isə Engelsdəki aerodromdan havaya qalxıb”, - süjetdə belə deyilir. Birinci kanalın müxbiri həmçinin qeyd edir ki, TU-160 və TU 95qırıcıları əvvəlcə Qazaxıstan daha sonra Xəzər dənizi üzərindən uçuş həyata keçiriblər. Qanadlı raketlərin buraxılışı isə İran ərazisi üzərindən həyata keçirilib.

Qeyd edək ki, TU 22M-3-ün maksimal sürəti saatda 270 km-ə çatır. Raketdaşıyıcı 24 ton silah sursat daşımaq imkanına malikdir.

“İntiqam” adı altında keçirilən hərbi əməliyyat Rusiyaya məxsus təyyarənin İŞİD tərəfindən vurulması faktı öz təstiqini tapdıqdan sonra başlayıb.

Bu Rusiya hərbi hava qüvvələrinin Azərbaycan üzərindən İŞİD-in Suriyadaki mövqelərini bombaladığı haqda ilk məlumat deyil.

Azərbaycan tərəfi isə ölkənin hava məkanından hərbi məqsədlərlə istifadəsinə dair hələlik heç bir rəsmi açıqlama verməyib.

Noyabrın 21-i Rusiya donanması İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə növbəti dəfə Xəzər dənizindən raket zərbələri endirib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib. Nazir prezidentə məruzəsində Xəzər dəniz donanmasından atılan bütün 18 raketin terrorçuların hədəflərinə düşdüyünü qeyd edib. Bunun nəticəsində İŞİD terrorçu qruplaşmasının xeyli sayda canlı qüvvəsi ilə yanaşı hərbi texnikası məhv edilib.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar