Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ordusunda xidmətlə bağlı paylanan bukletlər barədə Azərbaycan səfirliyi araşdırmaya başladı - Foto

Sözügedən bukletlər Rusiyada azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə paylanılır...

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımızı Rusiya ordusunda xidmətə dəvət edən bukletlərlə bağlı araşdırma aparır”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərində Rusiya ordusunda xidmətlə bağlı bukletlərin paylandığı iddia edilib.

Digər iddiaya əsasən isə sözügedən bukletlər Rusiyada azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə paylanılır.

Bukletlər Rusiya ordusunda xidmətlə bağlı “babalarımız kimi, Vətən üçün çiyin-çiyinə duraq” başlığı ilə paylanıb. Belə ki, Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar vəd edildiyi bildirilir.

Bukletdə qeyd edilib ki, müqaviləni imzalayan şəxs altı aylıq xidmətdən sonra Rusiya vətəndaşlığı alır. Əgər şəxs vətəndaşlığı alırsa, özü və ailəsi üçün rəsmi mənzil almaq hüququ qazanır.

Tələb şəxslərin 18-60 yaş aralığında olmasıdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar