Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya iqtisadiyyatnın mövcud durumu: Putin pulalrı sağa-sola səpələyir...

Rusiya hökumətinin iqtisadiyyata çox sürətlə pul qoymasından narahatlıq var...

Poliqon xəbər verir ki, bunu The New York Times qəzeti Rusiya iqtisadiyyatının hazırkı dönəmini analiz edərək yazıb.

Qəzet qeyd edir ki, müharibə başlayandan bəri Putin əhəmiyyətli maliyyə ehtiyatlarını hərbi istehsalın genişləndirilməsinə yönəldib, eyni zamanda daha kasıb sosial təbəqənin sosial problemlərini təmin etməyə çalışıb. Nəticədə isə çimərlik tətillərindən tutmuş tank tırtıllarına qədər hər şeyə tələbatın artıb və qiymətlər yüksəlib.

NYT yazır ki, Putinin atdığı populist, ya da məcburi addımlar inflyasiyanı artırır. Mərkəzi Bank bu il ölkədə ÜDM-in 2,5% artacağını gözləyir. Zavod rəhbərləri Putinin qarşısında öyünürlər ki, müəssisələr istehsalı sovet dövründəki səviyyəyə çatdırmaqdadırlar.

Rusiya iqtisadiyyatındakı artım Qərb rəsmilərinin münaqişənin iqtisadiyyata dağıdıcı təsirləri ilə bağlı gözləntilərini doğrultmasa da, analitiklər və ekspertlər hesab edirlər ki, bu İqtisadi artım qısamüddətli ola bilər. Çünki xərclərin artması, neft və qaz gəlirlərinin azalması ölkə büdcəsində kəsirin büdcə çatışmamazlığının yaranmasına səbəb olub.

Moskvadakı Y.Qaydar adına İqtisadiyyat İnstitutunun hesablamalarına görə, federal hökumət bu ilin ilk beş ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 50% çox xərcləyib. Yanvar-may aylarında ölkənin enerji məhsullarının satışından əldə etdiyi gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azalıb.

Eyni zamanda Rusiya iqtisadiyyatının bərpasına xroniki işçi çatışmazlığı da ciddi şəkildə mane olur. Səfərbərlik qərarı 300 min insanı iqtisadiyyatdan alaraq cəbhəyə göndərdi. Yüz minlərlə “ağ yaxalıqlı” rus etiraz əlaməti olaraq və ya səfərbərlikdən qaçmaq cəhdi ilə Rusiyanı tərk etdi.

NYT qeyd edir ki, maaşların artmasına baxmayaraq, Rusiya işçi qüvvəsi çatışmazlığını miqrantlarla həll edə bilməyib...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Ən çox oxunanalar