Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Belarusdakı hərbi mövcudluğunu artırır

Rusiya Federasiyası Belarusdakı hərbi mövcudluğunu artırır. 2023-cü ilin dekabrında "Vaqner"in nümayəndəsi Belarus xüsusi təyinatlıları və hərbçilərinə təlim keçməyə davam edib...

Poliqon xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin hesabatında deyilir.

Müstəqil Belarus monitorinq qrupu "Hajun Project" yanvarın 1-də bildirib ki, qeyri-müəyyən sayda "Vaqner"çi Belarus Daxili İşlər Nazirliyinin "Tornado", "Fırtına" və "Tayfun" xüsusi təyinatlılarının şəxsi heyəti ilə işləməyə davam edir.

Bundan əlavə, rusiyalı hərbçilər Belarusun 51-ci artilleriya briqadasının şəxsi heyəti ilə və Belarus Hərbi Akademiyasının Daxili Qoşunlar fakültəsində aylıq və üç həftəlik kurslarda kursantlarla işləyirlər.

Peyk görüntülərini təhlil edən ekspertlər belə qənaətə gəliblər ki, 2023-cü ilin noyabr və dekabr aylarında Tsel və Osipoviç qəsəbələrindəki "Vaqner" düşərgəsində hərbi texnikanın miqdarı 30% azalıb. Ehtimal olunur ki, rus muzdluları texnikanı Rusiyaya apara və ya Rusiya ordusuna verə bilər.

Bundan əlavə, 2023-cü ilin dekabrında Moskva Belarusa 5 milyona yaxın döyüş sursatı çatdırıb. Belarus dəmiryol icması yanvarın 8-də bildirib ki, sursatla dolu qatar dekabrın 10-da Barnauldan çıxıb və dekabrın 22-də Qolinets şəhərinə çatıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar