Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rubl dəyər itirir... - 2023-cü ildə Rusiyada devalvasiya təhlükəsi varmı?

Rusiyada yaranan ciddi büdcə kəsirinin rubla təzyiqləri hansı səviyyədədir?...

İqtisadçı-ekspert: “Sanksiyalara baxmayaraq Rusiya iqtisadiyyatının çökməməsinə səbəb bəzi ölkələrin ona yardım etməsidir. Ona görə də Rusiyaya qarşı qəbul edilən sanksiyalar gözlənilən effekti vermədi”.

“Görünən odur ki, bu il Rusiya üçün asan keçməyəcək. Artıq sanksiyaların alqoritmi işə düşüb”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya iqtisadiyyatını gözləyən devalvasiya təhdidini Poliqon.info-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiyada rubl yenidən dəyər itirməyə başlayıb. Bu prosesi necə dəyərləndirmək olar və 2023-cü ildə Rusiyada devalvasiya təhlükəsi varmı? Həmçinin, Rusiyada yaranan ciddi büdcə kəsirinin rubla təzyiqləri barədə nə demək mümkündür?

Rublun dəyər itirməsinin nəticələrini Poliqon.info-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Rubl uzun müddət sabit qalsa da, artıq ucuzlaşır”.

İl ərzində 100 rublun 1 dollar olmasının gözlənilən olduğunu vurğulayan ekspert bildirib ki, bir müddət sonra sanksiyaların təsiri daha da ciddi hiss olunacaq:

“Sanksiyalara baxmayaraq Rusiya iqtisadiyyatının çökməməsinə səbəb bəzi ölkələrin ona yardım etməsidir. Ona görə də Rusiyaya qarşı qəbul edilən sanksiyalar gözlənilən effekti vermədi.

Rusiya iqtisadiyyat keçən il cəmi 2,4 faiz daraldı. Halbuki, 15-20 faiz daralma gözləntiləri var idi. Buna əsas səbəb odur ki, Çin və Hindistan sanksiyalara qoşulmayıblar və Rusiyaya iqtisadi cəhətdən kifayət qədər yardım edirlər və ticarət balanslarını getdikcə artırırlar.

Sanksiyalardan yan keçməyə kömək edən ölkələr də var. Həmçinin Ermənistan da Rusiyaya sanksiyalardan yayınmaq üçün çox ciddi yardım edir.

Bunlar elə sanksiyalardır ki, qısa zaman ərzində ziyan vurması gözlənilmirdi və belə də oldu. Lakin tətbiq edilən sanksiyalarla görə uzun müddət ərzində Rusiya iqtisadiyyatı ciddi ziyan görəcək. Əsasən də, bu ziyan texnoloji sahədə özünü göstərəcək. Rusiya texnologiya ala bilmir, bu da Rusiyanın zəifləməsinə və əlində olan texniki vasitələrin bir müddətdən sonra yararsız vəziyyətə düşməsinə səbəb olacaq.

Qeyd edim ki, bu ilin sonları və gələn il sanksiyaların Rusiyaya ciddi təsirini görəcəyik. Görünən odur ki, bu il Rusiya üçün asan keçməyəcək.

Artıq sanksiyaların alqoritmi işə düşüb. Ötən ilə nisbətən bu ilin yanvar ayında neft-qaz gəlirləri 4 dəfə azalıb. Bu alqoritmalar işə düşdükcə, ilin sonu və gələn il Rusiyada daha böyük çətinliklər olacaq.

Bu rublda da özünü göstərməkdə davam edəcək. Rubl uzun müddət sabit qalsa da, artıq ucuzlaşır və bu proses daha da dərinləşəcək. Hazırda 75 rubl 1 dollar civarındadır. İlin sonuna qədər 100 rublun 1 dollar olması gözlənilir. Yəni bir müddət sonra sanksiyaların təsiri daha da ciddi hiss olunacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

Türkiyəli məşhur aktrisa 38 yaşında vəfat etdi

Ceyhun Bayramov Pakistanda səfərdədir - Yenilənib

Türkiyə "Altay" tankının seriya istehsalına başlayıb

XİN: Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaqdır

Ən çox oxunanalar