Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reza Deqatinin Heydər Əliyev Mərkəzinin parkında sərgisi keçiriləcək

İyunun 10-da Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılacaq

PİA.az bildirir ki, Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, ekspozisiyada Azərbaycanı tərənnüm edən, onu kəşf etməyə imkan verən əsərlər nümayiş olunacaq.

Reza Deqati indiyədək dərc olunmamış fotolarından ibarət bu sərgi vasitəsilə izləyicilərə zəngin diyarın mənzərəsini, mədəniyyətini, tarixini göstərəcək.

Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayır və 30 kitabın müəllifidir. Onun əsərləri bütün dünyada sərgilənir.

“National Geographic” Cəmiyyətinin tədqiqatçısı və “Ashoka” Fondunun baş mütəxəssisi olan Reza Deqati bir sıra beynəlxalq mükafatlar qazanıb. Missuri Universitetinin “Şərəf ” medalına və Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq görülüb. Fransa hökuməti onu göstərdiyi xidmətlərə görə Milli Cəngavərlik Ordeni ilə təltif edib.

Reza Deqatinin əsərləri eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə, YUNESKO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan - tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan – alovun zərifliyi” sərgisi keçirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay