Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Sadıqov da getdi

“Azərbaycan millisinin və aşağı yaş qrupları üzrə yığmaların son bir ildəki nəticələrinin müzakirəsi aparıldı. Qurban Qurbanovla bağlı da qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin və müqaviləsinə xitam verilsin”

Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Qarabağ"ın nəticələri də bizim üçün vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir. AFFA İcraiyyə Komitəsi Qurban müəllimə minnətdarlıq etdi. Təəssüf ki, UEFA Millətlər Liqasında uğurlu nəticələr olmadı”, - deyə o qeyd edib.

“Aşağı yaş qruplarından ibarət yığmalar tərəfindən strateji plan təqdim olunmayıb. Bu səbəbdən, U-19 istisna olmaqla, digər yığmaların baş məşqçiləri ilə müqavilələrə xitam verilib. Nəticələrə baxsaq, görərik ki, aşağı yaş qrupları üzrə yığmaların nəticələri və nizam-intizamı yoxdur. Məsələn, U-17 0:4 hesabı ilə uduzur, üstəlik, oyunlar ərzində 4 qırmızı vərəqə alır. Biz ədalətli oyuna əməl etməliyik.

Vüqar Məmmədin rəhbərlik etdiyi U-19 elit-raunda vəsiqə qazandığı üçün fəaliyyətini davam etdirəcək", - deyə E.Əsədov əlavə edib.

Bundan başqa, iclada klubların gəlir və xərclərinin açıqlamaları barədə qərar qəbul olunub. AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin son 3 aydakı fəaliyyətinə dair hesabat verilib.

Xatırladaq ki, U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov idi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - Video

Ən çox oxunanalar