Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Arifoğlu: "Təbliğat-təşviqat kampaniyasına inzibati müdaxilə mümkün deyil"

Ölkədə elə bir situasiya yaranıb ki, Prezidentin iradəsi ilə parlamentin yenilənməsi prosesinə inzibati müdaxilə qalmayıb...

9 fevral növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən bəzi şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində tabe olduqları rayonların icra strukturlarından müəyyən imtiyazlar əldə etdiyi, onlara xüsusi şərait yaradıldığı son günlər sosial mediada bəzi müxalif meyilli şəxslərin müzakirə etdiyi əsas mövzulardan biridir.

35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Rauf Arifoğlu Publika.az-a iddiaların doğruluq payının olub-olmaması ilə bağlı açıqlamasında bildirib ki, budəfəki seçki kampaniyası açıqlığı, şəffaflığı və demokratikliyi ilə indiyədək olanlardan fərqlənir: "Bunu sosial media vasitəsilə də görmək olur, Kütləvi İnformasiya Vasitələrində də... İnsanlar fikirlərini açıq şəkildə bildirirlər. Bəzən deputatlığa namizədin kimliyindən asılı olmayaraq onu tənqid edirlər, qovurlar. Bu da onu göstərir ki, əslində, təbliğat-təşviqat kampaniyasına inzibati müdaxilə mümkün də deyil.

Ölkədə elə bir situasiya yaranıb ki, elə bir islahat dalğası gedir ki, Prezidentin iradəsi ilə parlamentin yenilənməsi prosesinə inzibati müdaxilə qalmayıb. Bu, qeydiyyat mərhələsində də özünü göstərdi. Demək olar ki, heç kim qeydiyyatdan kənarda qalmadı. İndi də kampaniya dövründə özünü göstərir. Konkret olaraq 35 saylı Xətai seçki dairəsində arı, qarışqa kimi, zəhmət anlayışına nə daxildirsə, onun çərçivəsində işləyirik. Seçicilərin ürəyinə yol axtarırıq. Onların simpatiyasını qazanmağa çalışırıq. İnzibati müdaxiləni isə mən sıfır həddində görürəm. Hətta bəzən buna əsəbiləşirəm də...

Çünki rəqiblərim mənə qarşı çirkli texnologiyalardan istifadə edirlər. Təxribatçı qadınları və öyrədilmiş tərəfdarlarını göndərib tədbirlərimi pozmağa çalışırlar. Demək olar ki, nə polis, nə inzibati strukturlar, nə də Mərkəzi Seçki Komissiyası buna belə müdaxilə etmir. Əslində, demokratiya anlayışı baxımından bu, yaxşıdır. Amma bəzən də qaydasız oynayan rəqiblərə görə problem də yaradır. Buna da dözürük. Çünki ölkə üçün demokratiya istəyirik, seçkilərin demokratik qaydada baş tutmasını arzulayırıq”.

R.Arifoğlu qeyd edib ki, hazırda onun yerli icraedici strukturlarla heç bir münasibəti yoxdur: “Hətta rəqiblərimin çirkli oyunlarına belə, müdaxilə etdiklərini görməmişəm. Ona görə də onlardan nə şikayətim, nə də razılığım var. Başqa deputatlığa namizədlərin də İcra Hakimiyyətinin imtiyazlarından istifadə etməsi faktına rast gəlməmişəm. İqtidar və yaxud müxalifət yönümlü olmasından asılı olmayaraq, hər bir namizədin xalqla təması vacib amildir. Xalqla görüşməyən namizədlərin deputat ola biləcəyini düşünə bilmirəm”.

pia.az


Etiket: Rauf Arifoğlu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Ən çox oxunanalar