Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafiq Hüseynov: “İkinci dəfə dünya çempionu ola bilərəm”

Azərbaycan dünya çempionatının ən güclü yığmalarından biridir...

“2007-ci ildə məhz burada keçirilən U-20 Avropa çempionatında gümüş medal qazanmışdım. Medalı mənə Nenad Laloviç təqdim etmişdi. İndi isə dünya çempionu kimi UWW prezidenti ilə birgə mətbuat konfransında iştirak edirəm. Bu, mənim üçün böyük şərəfdir”.

“Report” xəbər verir ki, bunları Azərbaycanın güləş üzrə dünya çempionu Rafiq Hüseynov deyib.

“Rəqiblərim güclüdürlər. Hər kəs dünya çempionu ola bilər. Ancaq mən də bu mübarizəyə hazıram. Taktiki-texniki keyfiyyətlərimi inkişaf etdirmişəm. İkinci dəfə dünya çempionu ola bilərəm.

Bir çox komandanın çempionluq şansı var. Azərbaycan dünya çempionatının ən güclü yığmalarından biridir. Son Avropa çempionuyuq. İran və Gürcüstan milliləri də favoritlər sırasındadır”, - deyə R.Hüseynov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir:

“Buna görə də keçən il dünya çempionu olanda hər iki dövlətin bayrağını dalğalandırdım. Bunu etmək borcum idi. Finalda qalib gəldikdən sonra o qədər də sevinmədim. Çünki qardaş ölkənin idmançısını məğlub etmişdim. Başqa ölkədən olan güləşçiyə qalib gəlsəydim, daha çox sevinərdim”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

Ən çox oxunanalar