Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quterreş: “BMT Türkiyə və Suriyaya donor dəstəyi verəcək”

Quterreş qeyd edib ki ki, BMT-nin fəlakətlərin qiymətləndirilməsi üzrə mütəxəssisləri bölgədədədir...

"Bütün gücümüzlə Türkiyə hökumətini dəstəkləməyə hazırıq. Ümumdünya Ərzaq Proqramı (DƏP) dağıdıcı zəlzələdən zərər çəkmiş ən həssas ailələrə yardım məqsədilə Türkiyə və Suriyada humanitar ehtiyacları dəstəkləmək üçün 25 milyon dollar ayırıb".

Bunu BMT-nin Baş katibi Antoniu Quttereş Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, Türkiyə və Suriyadakı zəlzələ dövrümüzün ən böyük təbii fəlakətlərindən biridir: "Bir neçə saat əvvəl Birləşmiş Millətlər Təşkilatının ilk humanitar karvanı Bab əl-Hava keçid məntəqəsi vasitəsilə Suriyanın şimalına keçdi. Buraya sığınacaq və digər zəruri yardım ləvazimatları daşıyan 6 yük maşını daxildir. Təəssüf ki, faciəli qurbanların sayı artmaqda davam edir. Minlərlə bina dağılıb, on minlərlə insan soyuqda qalıb. Məktəblər və xəstəxanalar dağıdılıb. Təəssüf ki, zərərin və humanitar böhranın tam həcmini hələ də dəqiqləşdirə bilməmişik. Türkiyə dünyada ən çox qaçqının məskunlaşdığı ölkədir. 10 ildən artıqdır ki, Türkiyədə 3,6 milyona qədər suriyalı yaşayır. Onların bir çoxu indi zəlzələnin qurbanıdır".

Quterreş qeyd edib ki ki, BMT-nin fəlakətlərin qiymətləndirilməsi üzrə mütəxəssisləri bölgədədədir: "Onlar axtarış və xilasetmə qruplarının əlaqələndirilməsi, təcili yardım, ərzaq, tibbi ləvazimat, termal yorğan və digər əşyalarla təmin edilməsi istiqamətində işlər aparırlar. Baş katibin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffit həftəsonu zəlzələdən zərər çəkmiş ərazilərdə olacaq. O, artıq Türkiyədədir. BMT-nin Fövqəladə Hallara Cavab Fondundan bölgəyə 25 milyon dollar ayırdıq. Gələn həftənin əvvəlində biz Suriyada zəlzələdən zərər çəkənlərə donor dəstəyi üçün müraciət edəcəyik".(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar