Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qurban kəsiləndə dua oxumaq vacib deyil” – Hacı Şahin

Bu il ilk dəfə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılacaq

Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilib. Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək. Bu gün AQTA tərəfindən keçirilən infoturda yeni aparatla heyvanın kəsilməsi prosesi ictimaiyyətə nümayiş etdirilib.

Qurbanlıq heyvanların xüsusi aparatla kəsilməsi bəzi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu cür kəsimin dini qadalara zidd olduğunu idda edirlər. Buna səbəb kimi kəsim aparatının üzü qibləyə qoyulması, kəsimdən öncə dua oxunması kimi tələblərə əməl olunmayacağından narahatlıqlarını ifadə ediblər.

PİA.AZ xəbər verir ki, məsələ ilə bağlı News24.az-a hazırda həcc ziyarətində olan tanınmış ilahiyyatçı-din xadimi Hacı Şahin Həsənli aydınlıq gətirib.

Onun sözlərinə görə, qurban bayramı həcc ziyarətinin ən vacib tərkib hissələrindən biridir: “Əvvəla deyim ki, qurban kəsmək Həcc ziyarəti ayinlərindən biridir və həcdə qurban kəsilməsi vacibdir. Digər yerlərdə isə bu əməl vacib buyurulmur. Amma bəyənilən, təqdir olunan əməl sayılır. Müsəlman istənilən yerdə qurban kəsə bilər. Amma dini nöqteyi nəzərdən, yəni dini hökm olaraq qurban yalnız həcc mərasimində vacibdir. Qurbanın kəsilmə qaydasına gəlincə, yeganə şərt qurbanın üzü qibləyə kəsilməsidir. Müsəlman tərəfindən kəsici alətlə kəsməsi və Allahın adının çəkilməsidir. Bu heyvan kəsilməsi zamanı vacib olan şərtlərdir. Bu şərtlərə riayət olunursa, həmin o qurğu üzü qibləyə quraşdırılırsa, Allahın adı deyilərək o şəkildə kəsilirsə, bu dinimizin qaydalarına uyğundur”.

İlhahiyyatçı bildirib ki, qurban kəsilən zaman duanın oxunması da vacib hökm deyil: “Dua oxumaq bəyənilən, müstəhəb bir əməldir. Vacib olan isə “Bismillahir rəhmanir - rəhim”, yəni, Allahın adının çəkilməsidir. Zənnimcə, qurban kəsilməsi zamanı gigiyenik qaydalara riayət etmək üçün xüsusi yerlərin ayrılması təqdirəlayiqdir. Insanlar da öz qurbanlarını belə məkanlarda, təmizlik qaydalarına riayət edərək kəssələr, daha yaxşı olar. Amma bu zaman dinimizin qaydalarınin pozulmamasına diqqət etsələr, çox yaxşı olar”.

Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva isə bildirib ki, qurum yalnız qida təhlükəsizliyi tələblərinə nəzarət edir: «Yəni dini məsələlər bizim səlahiyyətimizdə deyil. Bu işi icra nümayəndələri və qəssablar həyata keçirirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

BMT Baş Assambleyasının prezidenti: Azərbaycan COP29-un təşkili və uğurlu nəticəsi üçün çox çalışır

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib    

Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək    

Ən çox oxunanalar