Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: “Bankların defolt olma ehtimalı getdikcə artır” - Müsahibə


ADR Hərəkatının lideri: “Artıq 3 aydan çoxdur ki, ölkədə iqtisadi vəziyyəti xarakterizə edən ümumiləşdirici göstərici, Ümumi Daxili Məhsul azalıb və bu davamlı olaraq baş verirsə böhrandan danışmağa əsas var”


“Reallıq odur ki, bankların indiki vəziyyəti çox ağırdır. Bu ağır vəziyyətdən bankları çıxartmaq üçün ciddi tədbirlər görülməlidir”.

Bu fikirləri ADR Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu PİA.AZ-a müsahibəsində qeyd edib. 

PİA.AZ Qubad  İbadoğlu ilə olan müsahibəni təqdim edir:

- Mətbuata açıqlama verən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib ki, yaxın zamanlarda "Moodys" beynəlxalq reytinq agentliyinin nümayəndə heyəti Bakıya səfər edəcək və ölkənin bütün makroiqtisadi strukturları görüşlər keçiriləcək. Eyni zamanda maliyyə sektorundakı vəziyyəti dəyərləndirən Elman Rüstəmov bank sektorunda defolt ola biləcəyini də istisna etməyib. Mərkəzi Bankın sədrinin bu fikirlərini necə dəyərləndirirsiz? 

-Hesab edirəm ki, Mərkəzi Bank bizdən daha məlumatlıdır və dediklərində həqiqət var. Çünki kommersiya bankları Mərkəzi Banka maliyyə vəziyyətləri və  nəticələri ilə bağlı hesabat  verirlər. Təəssüf ki, Mərkəzi Bank həmin hesabatları açıqlamır. Mərkəzi Bankın bülletenində hələ də 1 il 3 ay bundan əvvəlki göstəricilər təqdim olunub. Bu halda da mən də hesab edirəm ki, Elman Rüstəmovun dediklərində həqiqət var. O maliyyə sektorundakı vəziyyəti hər kəsədn daha məlumatlı vəzifəli şəxs kimi daha düzgün dəyərləndirə bilər. Amma Elman Rüstəmov bankların vəziyyətinin tam reallığlını açıb demir. Bunu da təbii ki, obyektiv və subyektiv səbəbləri var. Reallıq odur ki, bankların indiki vəziyyəti çox ağırdır. Bu ağır vəziyyətdən bankları çıxartmaq üçün ciddi tədbirlər görülməlidir. Biz bugün (dünən. red.), ADR Hərəkatının tədbirində bankların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müzakirə apardıq.  Tədbir zamanı hazırladığımız  təkliflər paketini təqdim etdik. Bu təkliflər  paketini həm Mərkəzi Banka,  həm Maliyyə Bazarına Nəzarət edən Palataya, həm də  Milli Məclisə təqdim edəcəyik. Maliyyə sektorundakı vəziyyət məni həm siyasətçi, həm də iqtisadçı kimi ciddi narahat edir. Bugün bu məsələrlə bağlı əksər iqtisadçılar ADR Hərəkatının tədbirində öz narazılıqlarını bölüşüblər. Bütün fikirlər bir nöqtədə birləşdi. Bankların defolt olma ehtimalı getdikcə artır.  

-Bəzi bankların iflası elan olunduğu şəraitdə maliyyə bazarında vəziyyət necə olacaq və bu ölkənin, həmçinin əhalinin iqtisadi durumuna necə təsir edəcək?

-Banklardakı depozit müştərilənin sayı çoxdur. Bunun sosial  fəsadları ola bilər. Ona görə də Mərkəzi Bank təxirəsalınmaz tədbirlər görməlidir. Bankların defoltu təbii ki, iqtisadiyyatın inkişafına ciddi zərbə vura bilər. Hər şeydən əvvəl özəl sektorun kreditlə təminatı, həmçinin bir sıra dövlət layihələri dayana bilər.

-Necə düşünürsünüz, bankları iflasın eşiyinə gətirən səbəb ötən il baş verən iki devalvasiyadır, yoxsa başqa səbəblər var. Mərkəzi Bankın bu günə qədər apardığı maliyyə siyasəti indiki vəziyyətin yaranmasında rol oynayıbmı?

-Təbii ki, Mərkəzi Bankın bu günə qədər apardığı maliyyə siyasəti indiki vəziyyətin yaranmasında rol oynayıb. Əgər maliyyə sektorunda problem varsa buna görə Mərkəzi Bank əsas məsuliyyət daşıyan qurumlardan biridir. Hazırkı vəziyyətin yaranmasına həm Mərkəzi Bankın indiyə qədər apardığı maliyyə siyasəti , həm də Azərbaycanın mövcud iqtisadi sitemi səbəb olub. Ona görə də deyirəm ki, hökümət və Mərkəzi Bank təcili islahatlar keçirməli və maliyyə sektorunun sağlamlaşdırılması üçün təxirəsalınmaz addımlar atmalıdır. 

-Həmçinin manatın möhkəmlənməsi ilə bağlı danışan Elman Rüstəmov bildirib ki, manatın məzənnəsi valyuta bazarındakı tələb və təklif, həmçinin daxili və xarici fundamental faktorlar əsasında formalaşır. Bu nə qədər inandırıcıdır?

- Elmah Rüstəmovun bu dedikləri inandırıcı deyil. Çünki üzən valyuta prinsiplərinə görə manatın məzənnəsi ilk növbədə bazar tarazlığı ilə formalaşmalıdır. Təəssüflər olsun ki, bu istiqamətdə Mərkəzi Bank əvvəl elan etdiyi bəyanatlara əməl etmədi, üzən valyuta prinsiplərinə sadiqlik nümayiş etdirmədi.

Qubad İbadoğlu: “Elman Rüstəmov mövcud gerçəkliyi təhrif edir”. 


- Hazırda Mərkəzi Bank manatın dollara nisbətdə məzənnəsinin nizamlanmasına müdaxilə edirmi?

- Mərkəzi Bank manatın dollara nisbətdə məzənnəsinin nizamlanmasına müdaxilə edir və manatın məzənnəsi hələ də Mərkəzi Bankın nəzarətindədir. Çox təəssüf ki, Mərkəzi Bankda manatın dollara nisbətdə məzənnəsini inzibati vasitələrlə tənzimləməyə çalışırlar. Bu da bütövlükdə  iqtisadiyyatda problemlər yaradır və iqtisadi artımın tənnəzülündə mühüm rol oynayır. 

-Hesab edirsinizmi ki, Azərbaycanda iqtisadi böhran "dibə" çatıb və artıq inkişafa doğru yönəlib, yoxsa hələ "dib" görünmür?

Biz iqtisadi böhranı yaşayırıq. Çünki artıq 3 aydan çoxdur ki, ölkədə iqtisadi vəziyyəti xarakterize edən ümumiləşdirici göstərici, Ümumi Daxili Məhsul azalıb və bu davamlı olaraq baş verirsə böhrandan danışmağa əsas var. Və bu böhranın nə zaman bitəcəyini söyləmək üçün hazırda ortada heç bir əsas yoxdur.

- İqtisadiyyat Nazirliyinin fəaliyyətini necə dəyərləndirirsiz? Hesab edirsinizmi ki, iqtisadi inkişafın təmin edilməsindən məsuliyyətli olan bu nəhəng qurum öz vəzifələrinin öhdəsindən gəlir? 

-Ayrıca bir nazirliyin fəaliyyəti ciddi dəyişiklik yarada bilməz. Azərbaycanda siyasətlə məşğul olan qurumların iqtisadi qurumlarla koordinasiya problemi var. Bu baxımdan da düşünürəm ki, koordinasiya istiqamətində ciddi işlər görülməlidir. Bu işləri görə biləcək qurum strukturu formalaşmalıdır. Nazirlər Kabinetində struktur islahatları kompeks çəkildə həyata keçirilməlidir və hökümətin antiböhran planı olmalıdr.


 Qubad İbadoğlu: “Azərbaycanda siyasətlə məşğul olan qurumların iqtisadi qurumlarla koordinasiya problemi var”.


-Azərbaycanda işsizliyin səviyyəsi barədə nə deyə bilərsiniz? İşsizlik təhlükəli səviyyədədirmi və gələcəkdə işsizlik problemi Azərbaycanda yeni iqtisadi və sosial böhrana yol aça bilər? 

-Azərbaycanda işsizlik problemi artır və işsizlər əsasən sənayə sahəsində çoxluq təşkil edir. Onu da qeyd edim ki, işsizlik problemindən ən cox ziyan çəkən kişilərə nisbətən qadınlardır. Orta yaşlı əhaliyə nisbətdə isə gənclər daha çox işsizlikdən əziyyət çəkir. Ona görə də işsizlik səviyyəsi artıqca, təbii ki, bu ciddi sosial problemə çevrilir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə hökümətin fəaliyyəti işsizliyin artmasına, ya da azalmasına görə dəyərləndirilir. Azərbaycan hökümətinin də strateji hədəflərindən biri həmişə yeni iş yerlərinin aşılması olub. Lakin indiki şəraitdə işsizliyin səviyyəsinin daha da artacağını güman edirəm.

-Azərbaycanın ticarət balansı barədə nə deyə bilərsiz? İdxal və ixrac arasındakı balansını qanedici hesab etmək olar? 

-Son illər ilk dəfə olaraq ticarət balansında mənfi saldo yaranıb. Ticarət balansı idxalın xeyrinə dəyişir. Hesab edirəm ki,  idxalın ixracdan artıq olması da bütövlükdə Azərbaycandan valyutanın daha çox çıxarılmasını şərtləndirir. Bu isə daxili istehsala mənfi təsir edir.

Sübü Əzizova 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar