Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qonşularımızla nisbətdə Azərbaycanda adambaşına düşən gəlir azalır – Səbəb nədir?

Rəsmi statistikaya əsasən Azərbaycanda adambaşına gəlirin aşağı düşməsində kölgə iqtisadiyyatının rolu nə qədərdir?

Qubad İbadoğlu: “Azərbaycanda ÜDM-in artım tempinin aşağı düşməsi, və əhalinin sayının artması son nəticədə iki ölkə - AzərbaycanErmənistan arasında adambaşına düşən ÜDM göstəriciləri arasında fərqi azaldıb”.

Vüsalə Əhmədova: “Azərbaycanda yüksək korrupsiya, demokratik institutların zəifliyi və iqtisadiyyatdakı tənəzzül qeyri-rəsmi biznesin inkişafına zəmin yaradır”.

2018-ci ildə Azərbaycanda ÜDM 1.1% artıb. Gürcüstan və Ermənistanda isə ötən il ÜDM artımı 5.3% təşkil edib. Dünya bankın saytında dərc olunan yanvar ayının “Global Economic Prospects” icmalına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,3% təşkil edəcək. 2021-ci ildə isə Aərbaycanda iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırılıb.

Bankın proqnozlarına görə, adambaşına düşən milli gəlirə görə Azərbaycan Cənubi Qafqazda 2019-cu ildə Gürcüstandan, 2021-ci ildə isə Ermənistandan geridə qalacaq. Həmçinin Dünya Bankının proqnozlarına görə, 2019-cu ildə AzərbaycanErmənistanda adambaşına düşən gəlir demək olar ki, 1-2 dollar fərqlə bərabərləşəcək. Hazırda isə adambaşına düşən gəlirə görə Cənubi Qafqazda Gürcüstan liderlik etməkdədir.

Qeyd edək ki, 2014-cü ildə baş verən birinci devalvasiyaya qədər Azərbaycanda adambaşına düşən gəlir 7890 dollar təşkil edirdi və ölkəmiz ÜDM artımı sahəsində regionun lideri idi. Gürcüstanda bu göstərici 4429 dollar, Ermənistanda isə 3994 dollar təşkil edirdi.

Təbii və industrial resursları Gürcüstandan və Ermənistandan qat-qat böyük olan Azərbaycan iqtisadiyyatının yaxın bir neçə ildə qonşularımıza nisbətdə geriləməsi ilə bağlı Dünya Bankının sözü gedən proqnizu maraq doğurmaqla yanaşı ciddi təşvişə səbəb olacaq məsələdir. Gürcüstan və Ermənistana nisbətən Azərbaycan iqtisadiyyatının yaxın bir neçə ildə geriləməsin nəylə əlaqələndirmək olar? Hansı faktorlar Azərbaycanda adambaşına düşən gəlirin azalmasına, Gürcüstan və Ermənistanda isə artmasına səbəb olur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı alim Qubad İbadoğlu və iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Qubad İbadoğlu: “2015-ci ildə olan iki devalvasiya nəticəsində Azərbaycanda milli gəlirin dollarla istehsalında xeyli geriləmə qeydə alınıb. 2017-ci ildə adambaşına düşən ÜDM 2014-cü ildəki 7891 dollardan 4131 dollaradək aşağı düşüb, yəni, 3 ildə hər nəfərə düşən milli gəlir 3760 dollar azalıb”.

Azərbaycanda adambaşına düşən gəlirin azalmasının səbəbinin baş verən devalvasiyalar və 2016-cı ildəki 3.1 faizlik tənəzzüllə bağlı olduğunu qeyd edən iqtisadçı alim Qubad İbadoğlu PİA.az-a bildirib ki, son 3 il ərzində hər bir azərbaycanlı 100 dollar gəlir itirib:

“2014-cü ildə neft qiymətləri dünya bazarında yüksək olanda, eləcə də devalvasiyadan əvvəl Azərbaycanda adambaşına düşən ÜDM 7891 dollar, Gürcüstanda 4429 dollar, Ermənistanda isə 3994 dollar təşkil edirdi. 2015-ci ildə olan iki devalvasiya nəticəsində Azərbaycanda milli gəlirin dollarla istehsalında xeyli geriləmə qeydə alınıb. 2017-ci ildə adambaşına düşən ÜDM 2014-cü ildəki 7891 dollardan 4131 dollaradək aşağı düşüb, yəni, 3 ildə hər nəfərə düşən milli gəlir 3760 dollar azalıb. Bu o deməkdir ki, 3 il ərzində orta statistik azərbaycanlı 100 dollar gəlir itirdi.

Bu dövr ərzində Gürcüstan və Ermənistanda kəskin azalma müşahidə olunmadı. Əgər 2014-cü ildə hər nəfərə düşən ÜDM göstərisicisinə görə Azərbaycan Ermənistandan 3891 dollar üstün idisə, hazırda iki ölkə arasında fərq 1000 dollar ətrafındadır. Ötən il Azərbaycanda ÜDM-in artım tempi Ermənistandan 4 dəfə aşağ olub, əhalinin artım tempi isə üstün olub.

Qubad İbadoğlu: “Ötən il Azərbaycanda ÜDM-in artım tempi Ermənistandan 4 dəfə aşağ olub, əhalinin artım tempi isə üstün olub”.

Odur ki, bir tərəfdən Azərbaycanda ÜDM-in artım tempinin aşağı düşməsi, hətta 2016-cı ildəki 3.1 faizlik tənəzzül, digər tərəfdən isə Azərbaycanda əhalinin sayının artması son nəticədə iki ölkə - AzərbaycanErmənistan arasında adambaşına düşən ÜDM göstəriciləri arasında fərqi azaldıb. Növbəti illərdə Ermənistanda ÜDM-in artım tempinin Azərbaycandan üstün proqnozlaşdırılması fonunda iqtisadi göstəricilərin fərqi bədxah qonşularımızın xeyrinə dəyişəcək. Yəni, səbəbi bu qədər sadədir. Ermənilər daha sürətlə irəliləyirlər və eyni zamanda onlarda əhalinin artımı minimum səviyyədədir.

Zəngin neft-qaz sərvətlərinə malik olan Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq”.

Vüsalə Əhmədova: “Kiçik və orta sahibkarlığın önünü kəsən inhisarçılıq və korrupsiya aradan qaldırılmazsa, təbii olaraq, ÜDM azalacaq, kölgə iqtisadiyyatı isə əksinə artacaq”.

Ölkədə İqtisadi böhran və ardınca milli valyutanın dəyərdən düşməsi nəticəsində adambaşına düşən gəlirin azaldığını vurğulayan iqtisadçı Vüsalə Əhmədov hesab edir ki, ölkə iqtisadiyyatında inhisarçılığın geniş yayılması da siyahıda Ermənistandan geridə qalmağımıza şərait yaradır:

“Adambaşına düşən ÜDM səviyyəsinə görə Gürcüstan 2018-ci ildə Azərbaycanı geridə qoyub. Ermənistanın isə 2020-ci ildə Azərbaycanı üstələyəcəyi gözlənilir. 2018-ci ilin göstəricilərinə nəzər salsaq, adambaşına ÜDM səviyyəsi Azərbaycanda 4176 $, Gürcüstanda 4294 $, Ermənistanda isə 4145 $ təşkil edib. Dünya Bankı 2018-ci ildə Azərbaycanda iqtisadi artımın 1,1%, Gürcüstan və Ermənistanda isə 5,3% olduğunu qeyd edir. O cümlədən, 2019-2021-ci illər üzrə ölkəmizdə iqtisadi artım tempinin daha da geriləyəcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, Cənubi Qafqazın “lider ölkəsi” əsas iqtisadi göstəricilər üzrə Gürcüstan və Ermənistandan geri qalır. Bunun başlıca səbəbi ölkəmizin tam olaraq enerji daşıyıcılarının qiymətindən asılı olmasıdır. İqtisadi böhran və ardınca milli valyutanın dəyərdən düşməsi 2014-cü ildə 7890 $ olan adambaşına düşən ÜDM-un hazırkı səviyyəyə enməsinə gətirib çıxardı. Həmçinin, davam edən struktur islahatlarının zəifləməsi bir çox ölkələr kimi, Azərbaycan üçün də riskli olaraq qalır. Bundan əlavə, Azərbaycan kölgə iqtisadiyyatının miqyasına görə dünya liderlərindən biridir.

Vüsalə Əhmədova: “Azərbaycanda kölgə iqtisadiyyatının payı ÜDM-un 67%-ni təşkil edir, bu da dünya ortalamasından üç dəfə çoxdur”.

Nəzərinizə çatdırım ki, Azərbaycanda kölgə iqtisadiyyatının payı ÜDM-un 67%-ni təşkil edir, bu da dünya ortalamasından üç dəfə çoxdur. Göründüyü kimi, ÜDM-un üçdə ikisi qeyri-rəsmi sektorun payına düşür. Ümumiyyətlə, kölgə iqtisadiyyatı vergi yükünün, yoxsulluq səviyyəsinin və dövlətin sahibkarlıq sektoruna müdaxiləsinin yüksək olduğu ölkələrdə yaşanır. Ticari əməliyyatlar rəsmi qeydiyyat olmadan və büdcəyə vergi ödənmədən həyata keçirilir. Ən əsası, Azərbaycanda yüksək korrupsiya, demokratik institutların zəifliyi və iqtisadiyyatdakı tənəzzül qeyri-rəsmi biznesin inkişafına zəmin yaradır.

Bu üzdən də mövcud iqtisadi sistemdə təcili islahatların aparılması şərtdir. Kiçik və orta sahibkarlığın önünü kəsən inhisarçılıq və korrupsiya aradan qaldırılmazsa, təbii olaraq, ÜDM azalacaq, kölgə iqtisadiyyatı isə əksinə artacaq. Davamı olaraq isə ölkənin daxili və xarici borcunun ildən-ilə artmasıdır”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Ən çox oxunanalar