Cümə axşamı, 30 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb sanksiyaları fonunda İran və Rusiya bank sistemlərini birləşdirir

İran və Rusiya ticarət və maliyyə əməliyyatlarını gücləndirmək üçün banklararası kommunikasiya və köçürmə sistemlərini birləşdiriblər...

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Vaşinqton Tehranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişindən imtina etdikdən və 2018-ci ildə ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa etdikdən sonra İslam Respublikası əsas beynəlxalq bank giriş nöqtəsi olan Belçikada yerləşən SWIFT maliyyə mesajlaşma xidmətindən ayrılıb.

Keçən il Moskvanın Ukrayna torpaqlarını işğal etməsindən sonra bəzi Rusiya banklarına da oxşar məhdudiyyətlər tətbiq edilib.

İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimi Rusiyaİran arasında sazişi şərh edərkən yarı rəsmi “Fars” Xəbər Agentliyinə deyib:

İran banklarının artıq SWIFT-dən istifadə etmələri lazım deyil. Rusiya bankları ilə akkreditivlərin açılması, köçürmələr və ya zəmanətlər ola bilər”.

Rusiya Mərkəzi Bankı bazar günü imzalanan sazişi şərh etməkdən imtina etsə də, Kərimi xarici bankların adları barədə açıqlama vermədən “təxminən 700 Rusiya bankı və 13 müxtəlif ölkədən 106 qeyri-rus bankı bu sistemə qoşulacaq”, deyib.

İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin bu addımı alqışlayıb. O, tvitter hesabında belə yazıb: “İranla dünya arasında maliyyə kanalı təmir olunur.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan bəri Tehran və Moskva yaxın ikitərəfli əlaqələr qurmaq üçün hərəkətə keçiblər. Hər iki ölkə Qərbin sanksiyalarından kənardayeni iqtisadi və diplomatik tərəfdaşlıqlar qurmağa çalışır.

pia.az


Etiket: İran Rusiya Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - Siyahı

2023-cü ildə bəxtləri ən çox gətirəcək 5 bürc

Yeni nəzarətə götürdüyümüz ərazilər – Xəritə

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in hekayəsi

Ordumuz 1 kilometr irəlilədi, ruslar çıxarmağa çalışır

Əcaib qaydalar - Azərbaycana sərmayə gətirən əcnəbilər necə mane olunur?..

"Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə

İşsizlikdən şikayətlənən "Moşu"ya vəzifə verildi

Prezidentin yüksək vəzifə verdiyi Mikayılov kimdir? – Dosye

Ən çox oxunanalar