Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu: Antisemit dəstələri aparıcı Amerika universitetlərin ələ keçirib...

ABŞ universitetlərində Fələstin tərəfdarı tələbələrin etirazlar keçirilir...

Poliqon xəbər verir ki, Amerikanın bir neçə universitetində Fələstinə dəstək üçün böyük etiraz aksiyaları keçirilib. Polis tələbələr arasında antisemitizmin artdığını qeyd edib, bu vəziyyət İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən tənqid edilib.

“Antisemit dəstələri aparıcı universitetləri ələ keçirib. Onlar İsraili məhv etməyə çağırırlar, yəhudi tələbələrə, yəhudi müəllimlərə hücum edirlər”, deyə “The Times of Israel” qəzeti İsrailin baş nazirindən sitat gətirir.

Reuters Agentliyi yazır ki, təkcə Nyu-York Universitetinin kampusunda 133 nəfər həbs edilib. Onların hamısına məhkəməyə çağırış vərəqələri verilib, bundan sonra polis onları sərbəst buraxıb.

Etirazlar keçən həftə polisin Kolumbiya Universitetinin kampusuna çağırılmasından sonra diqqət mərkəzinə düşüb. Burada 100-dən çox nümayişçi həbs edilib. Bu universitetdə fərdi dərslər ləğv edilib.

Yel Universitetində də onlarla tələbə həbs edilib. Nümayişlər Berklidə başlayıb və Massaçusets Texnologiya İnstitutuna, Miçiqan Universitetinə, Emerson Kollecinə və Tafts Universitetinə yayılıb.

Etirazçılar ABŞ prezidenti Co Baydeni İsrailə maliyyə və silah ayırdığına görə tənqid edirlər. Amerika lideri tələbələrin nümayişlərini şərh edib və qeyd edib ki, son günlər ölkədə yəhudilərə qarşı zorakılıq çağırışları artıb.

Sosial mediada Kolumbiya Universitetinin qarşısında bəzi etirazçıların HƏMAS-ın 7 oktyabrda İsrailə hücumuna dəstək verdiyini əks etdirən video yayılıb. Demokrat konqresmen Katie Manning deyib ki, o, nümayişçilər qrupu arasında İsraili məhv etməyə çağıranları görüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar