Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Yenidən dövlət başçısı postuna namizəd olan ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri ölkələrin dollardan istifadədən imtina etməsinin qarşısını almaq üçün tədbirləri nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Nəşr yazır ki, xüsusilə, dollarsız “ikitərəfli ticarətdə iştirak etmək üçün aktiv yollar axtaran” ölkələrə qarşı sanksiyaların tətbiqi müzakirə edilir.

Agentlik bildirib ki, nəzərdən keçirilən tədbirlərə ixrac nəzarəti, valyuta manipulyasiyası üçün rüsumlar və tariflər daxildir. İddia olunur ki, Tramp seçkidə qalib gələrsə, onun komandası elan edilmiş tədbirləri aktiv şəkildə de-dollarizasiya ilə məşğul olan BRİKS üzvü ölkələrə qarşı yönəltməyi planlaşdırır.

Mart ayında CNBC telekanalına verdiyi müsahibədə Donald Tramp “ölkələrin dollardan imtina etməsinə nifrət etdiyini” açıq şəkildə bildirmişdi:

“Mən ölkələrin dollardan imtina etməsinə icazə verməzdim, çünki biz bu standartı itirəndə bu, inqilabı iitki olacaq. Bu, ölkəmizə zərbə olacaq”, deyə sabiq prezident qeyd edib. O, həmçinin rəqəmsal dolların yaranmasının qarşısını alacağına söz verib.

Xatırladaq ki, BRİKS-ə Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika daxildir. 2023-cü ilin avqustunda keçirilən sammitdə BRİKS ölkələrinin liderləri 2024-cü ilin yanvarından Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin təşkilata daxil olması barədə razılığa gəliblər. Lakin Argentina prezident Xavyer Miley hakimiyyətə gəldikdən sonra BRİKS-ə üzv olmaqdan imtina etdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar