Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qədim məbəd dövlət nəzarətinə götürüldü

Qax rayonunda qədim məbəd baxımsız vəziyyətdədir.

Söhbət rayonun Ləkit kəndi yaxınlığında yerləşən alban məbədindən (monastr) gedir.

Ərazidə yaşayan sakinlər qədim məbədin unudulduğunu, divarlarının uçduğunu deyirlər. Əraziyə baxan olmadığından tikilinin divarları yosun bağlayıb.

Bəzi mənbələrdə kompleks ərazisində XX əsrin 80-ci illərinin sonlarında bir qrup naməlum alim tərəfindən kiçik arxeoloji qazıntılar işləri görüldüyü, həmin tarixdən sonra isə heç bir araşdırmanın aparılmadığı qeyd olunub. 1980-ci ildən sonra baxımsızlıq səbəbindən sürətlə dağılmağa başlayan məbəd hazırda qəzalı vəziyyətdədir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli cavab verib. O bildirib ki, tarixi abidənin əsaslı tikintisi nəzərdə tutulur:

“Yeddi kilsə” monastır kompleksi kimi tanınan məbəd tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Erkən monastır ansambıllarından biri hesab olunan bu abidələrin tərkibinə üçnefli və xaçvari-günbəzli məbədlər, həmçinin beş ədəd kiçik kilsə-sövmə daxildir. V-VII əsrlərə aid tikililər bərpa olunması üçün 2020-2023-cü illər ərzində vəsait qoyuluşu hesabına nəzərdə tutulub”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar