Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda “xarici agentlərin” reyestri yaradıldı

Qazaxıstan hakimiyyəti rəsmi olaraq "xarici dövlətlərdən, beynəlxalq və xarici təşkilatlardan, əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən pul və ya digər əmlak alan şəxslərin reyestri" adlanan “xarici agentlərin” reyestrini dərc edib...

Poliqon xəbər verir ki, bu barədə “Exo of Caucasus” məlumat yayıb.

Reyestrə daxil olanlar arasında onlarla Qazaxıstan hüquq müdafiə təşkilatı, müstəqil KİV, jurnalist və blogger, o cümlədən Norveç Helsinki Komitəsi, İnternyus beynəlxalq təşkilatının Qazaxıstandakı nümayəndəliyi, Qazaxıstan İnsan Hüquqları Bürosu, mətbuatın müdafiəsi “Adil söz”, “Azadlıq qanadları” fondu, “Exo” ictimai təşkilatı, masa.media və malim.kz yerli nəşrlərinin hüquqi şəxsləri və s. var.

Fiziki şəxslərin adlarının yanında fərdi məlumatlar olan onların fərdi identifikasiya nömrələri göstərilir.

Ötən il Qazaxıstanın hakimiyyət orqanları Vergi Məcəlləsinə xaricdən maliyyə alan şəxslərin reyestrinin nəşrini nəzərdə tutan dəyişikliklər edib. O zaman hökumət bu tədbirin “vətəndaşların inam səviyyəsini artırmaq” məqsədi daşıdığını bildirmişdi.

Qeyd edək ki, iyulda Rusiya prezidenti Vladimir Putin “xarici agentlər haqqında” əvvəllər Dövlət Duması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindən təsdiq olunmuş, bu sahədə mövcud qanunvericiliyi ümumiləşdirən və əlavə edən və onun tətbiqi imkanlarını genişləndirən qanunu imzalayıb. Siyahıya artıq 700-ə yaxın təşkilat və şəxs, o cümlədən tanınmış müxalif siyasətçilər, hüquq müdafiəçiləri, jurnalistlər, ictimai xadimlər və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatı laureatı və jurnalist Dmitri Muratov, müğənni Boris Qrebenşçikov, Zemfira və başqaları daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar