Avropa Liqasında “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan biletlərin sayı açıqlanıb
Artıq 30 min bilet sahibini tapıb.
İki gün əvvəl 20 min biletin satıldığını nəzərə alsaq, bu müddətdə daha 10 min biletin sahibini tapdığını qeyd edə bilərik.
Qeyd edək ki, “Qarabağ” - “Arsenal” oyunu oktyabrın 4-də Bakı vaxtı ilə saat 20:55-də keçiriləcək. Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.
pia.az