Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qanundan kiçik sahibkarların sosial ödənişlərinin minimum əmək haqqına bağlılığı çıxarılmalıdır” - Natiq Cəfərli

Deputat Vahid Əhmədov Milli Məclidə minimum əmək haqqının 300 manatdan 500 manata qaldırılmasını təklif edib...

İqtisadçı-ekspert: “Ölkədə kiçik sahibkarların və yaxud da fiziki VÖİN-lə çalışanların Sosial Sığorta Fonduna ödənişləri qanunla minumum əmək haqqına bağlıdır. Yəni minumum əmək haqqı artdıqca ödənişləri də artır. Bu da onlara əlavə yük gətirir”.

“Ölkədə minumum əmək haqqının, minumum təqaüdün artırılmasına çox böyük ehtiyac var. Çünki çox böyük infilyasiya rəqəmləri görürük”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deputat Vahid Əhmədovun minumum əmək haqqları ilə bağlı dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında ölkədə minimum əmək haqqının 300 manatdan 500 manata qaldırılmasını təklif edib. Minimum əmək haqqının 500 manata qaldırılması orta və kişik biznesə necə təsir edə bilər? Xüsusilə belə bir qərar sosial ödəmələri ödəməkdə çətinlik çəkən orta və kiçik biznesin inkişafına mane ola bilərmi? Digər tərəfdən isə belə bir qərar ölkədə xidmət və digər qiymətlərin artmasına səbəb ola bilərmi?

Deputatın təklifini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Minumum əmək haqqı artırılmalıdır, amma kiçik sahibkarların, fiziki VÖİN-lə çalışanların vergi yükü artmamalıdır”.

Böyük əksəriyyət sahələrdə əmək haqqının 25 faizinin, təqribən hər ay 75 manatının Sosial Müdafiə Fonduna keçirildiyini xatırladan ekspert PİA.az-a bildirib ki, kiçik sahibkarların problem yaşamaması üçün qanuna dəyişiklik edilməlidir:

“Ölkədə minumum əmək haqqının, minumum təqaüdün artırılmasına çox böyük ehtiyac var. Çünki çox böyük infilyasiya rəqəmləri görürük. Əsasən də ərzaq infilyasiyası, dərman qiymətləri kifayət qədər yüksəkdir. Amma minumum əmək haqqının artırılması ilə bağlı iki məsələ öz həllini tapmalıdır:

Birinci məsələ odur ki, ölkədə kiçik sahibkarların və yaxud da fiziki VÖİN-lə çalışanların Sosial Sığorta Fonduna ödənişləri qanunla minumum əmək haqqına bağlıdır. Yəni minumum əmək haqqı artdıqca ödənişləri də artır. Bu da onlara əlavə yük gətirir.

İndiki qanunvericiliyə görə əmək haqqı 300 manatdırsa, bəzi sahələrdə yarısı, yəni 150 manatı Dövlət Sosial Fonuna keçirilir. Böyük əksəriyyət sahələrdə isə əmək haqqının 25 faizi, təqribən hər ay 75 manatı Sosial Müdafiə Fonduna keçirilir. Buna görə də qanundan fiziki VÖİN-lə çalışanların sosial ödənişlərinin minimum əmək haqqına bağlılığı çıxarılmalıdır. Yəni minumum əmək haqqı artırılmalıdır, amma kiçik sahibkarların, fiziki VÖİN-lə çalışanların vergi yükü artmamalıdır. Buna görə də ilk növbədə qanunvericilikdən bu bağlantı çıxarılmalıdır.

İkinci məsələ isə, bu məsələ həll olunandan sonra maaş və təqaüdlərin artırlması, o cümlədən minumum əmək haqqının artırılması məsələsinə ayrıca baxmaq olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar