Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin: WADA-nın qərarı Olimpiya Xartiyasına ziddir - Video

Ümumdünya Antidopinq Agentliyinin (WADA) qərarı Olimpiya Xartiyasına ziddir...

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Normand dördlüyü” sammitinin yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ilk növbədə aydın olan məqamlara nəzər salmaq lazımdır.

“WADA-nın Rusiya Olimpiya Komitəsinə etirazı olmadığına görə, Rusiya idmançıları beynəlxalq yarışlarda milli bayraq altında iştirak etməlidirlər. Olimpiya Xartiyasında belə yazılıb. Əlimizdə bütün əsaslar var ki, bu qərardan məhkəməyə şikayət edək”, - deyə V.Putin bildirib.

Rusiya lideri qeyd edib ki, istənilən cəza individual olmalıdır və kollektiv xarakter daşıya bilməz:

“Hesab edirəm ki, WADA mütəxəssisləri də bunu anlayır. Bu qərarın əsasında dünya idmanını təmizləmək qayğısı dayanmır. Bu qərar idmanla, olimpiya hərəkatı ilə ümumi əlaqəsi olmayan siyasi xarakter daşıyır".

Xatırladaq ki, dekabrın 9-da WADA Rusiyaya qarşı sanksiyalar qəbul edib. Onalra əsasən, qarşıdakı 4 ildə Rusiyada dünya çempionatlarının keçirilməsinə, bunun üçün sifariş verilməsinə, həmçinin bu ölkə təmsilçilərinin Olimpiada və mundiallarda milli bayraq altında iştirakına qadağa qoyulub. (oxu.az)

pia.az


Etiket: WADA Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar