Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ukrayna haqqında yazdığı məqalədə hansı mesajları ötürdü?

Belə iddilar var ki, Putin-Bayden görüşməsində Ukrayna-Kuba mübadiləsi baş verib və güya Kuba ABŞ-ın, Ukrayna isə Rusiyanın nəzarətinə keçir...

Politoloq: “Rusiya prezidenti Vladimir Putinin məqaləsi heç də Ukraynaya qardaşlığı andıracaq səmimi notda yazılan məqalə deyil”.

Rusiya prezidenti ilə ABŞ prezidentinin bəzi əraziləri bir-birlərinə keçməsi məsələsi şişirdilmiş məsələdir. Əgər 20-ci əsrin 80-90-ci illərində bu cür sövdələşmələr mümkün idisə, indiki müasir dünya tamamilə fərqli bir münasibətlər sistemindən qurulub”.

Bu sözləri politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin yazdığı son məqaləni PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin Ukrayna haqqında geniş məqalə yazıb. Məqalədə Rusiya prezidenti rus, ukrayna və belarus xalqlarının etnik birliyindən bəhs edərək belə bir fikri inkişaf etdirir ki, Donbas Ukraynaya lazım deyil, o bölgəni onsuz da özlərinə inteqrasiya edə bilməyəcəklər. Yəni dostluqdan və etnik qohumluqdan dəm vuran Putin faktiki olaraq Ukraynya şəxsi tərəfində işğal edilən ərazilərdən əl çəkməyi təklif edir.

Putinin hazırda belə bir məqalə ilə çıxış etməsini zəruri edən hansı səbəblər var? Belə iddilar var ki, Putin-Bayden görüşməsində Ukrayna-Kuba mübadiləsi baş verib və güya Kuba ABŞ-ın, Ukrayna isə Rusiyanın nəzarətinə keçir. Ukraynanın yenidən Rusiyanın nəzarəti altına keçməsi MDB məkanında hansı dəyişikliklərə yol aça bilər və hansı geosiyasi-geoiqtisad­ii prosseslərə start verilə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rusiyanın işğalçılıq siyasəti nəticəsində minlərlə insan yaralandı, ailələr başsız qaldı. Bu qədər zülmdən sonra Ukrayna və Rusiya xalqlarının qardaşlığından danışmaq riyakarlıqdan başqa bir şey deyil”.

Bu məsələnin kökündə Rusiya prezidentinin çox pis niyyətlərinin durduğunu düşünən politoloq PİA.az-a bildirib ki, Putin yenidən Ukraynanı öz nüfuz dairəsinə daxil etmək üçün müəyyən hiylələr, fikirlər ortaya atır:

Rusiya prezidenti Vladimir Putinin məqaləsi heç də Ukraynaya qardaşlığı andıracaq səmimi notda yazılan məqalə deyil. Bu Kremlin Ukraynaya olan münasibətini dəyişmir. Çünki ortada işğal faktı var. Bildiyimiz kimi Ukraynanın ən strateji ərazisi olan Krım və Sevastopolu Rusiya ilhaq edib. Rusiya bununla da yetirməyib Donbası da de-fakto işğal edib. Amma dünya birliyi bu əraziləri hələ də Rusiyanın tərkib hissəsi kimi tanımır.

Ayrıca bu işğal prosesi nəticəsində minlərlə ukraynalı can verib. Rusiyanın işğalçılıq siyasəti nəticəsində minlərlə insan yaraland,b ailələr başsız qalıb, insanlar didərgin düşüb. Bu qədər zülmdən sonra Ukrayna və Rusiya xalqlarının qardaşlığından danışmaq riyakarlıqdan başqa bir şey deyil. Həmçinin indiki məqamda Putinin Ukrayna münasibətləri haqqında səmimi sözlər yazması heç də səmimi görünmədiyi kimi, doğru yanaşma da deyil. Çünki heç bir zaman Rusiya Ukrayna qardaşlığından belə ciddi şəkildə danışılmayıb və bu məsələlər ortaya qoyulmayıb. Nədənsə ərazilər işğal edilərkən Ukrayna xalqının Rusiya xalqına qardaş xalq olduğu düşünülməyib. Axıdılan qanlara baxmayaraq, nədənsə Rusiyanın geosiyasi maraqları bunu tələb edəndə birdən-birə Ukrayna xalqının slavyan xalqı olduğu və Rusiyaya qardaş xalq olduğu ortaya çıxıb.

Qeyd edim ki, bu məsələdə Belarus xalqının da Rusiya və Ukrayna xalqı ilə dost, qardaş olduğu ortalığa atılıb. Buna görə də düşünürəm ki, bu məsələlərin içərisində bir mesaj var. Yəni slavyan xalqlarının yeni birliyinə işarə vurulur. Unutmaq lazım deyil ki, 20-ci əsrin əvvəllərində Rusiya, Ukrayna və Belarusun birliyindən SSRİ təşəkkül tapmışdı. Düşünürəm ki, yenidən bu ölkələrin bir yerə toparlanması ilə bağlı Rusiyanın niyyətləri mövcuddur. Belə bir birliyin mümkünlüyü Ukraynasız əmələ gəlmir. Buna görə də birdən-birə Putin tərəfindən Ukrayna xalqının qohum xalq olduğu ortalığa atıldı.

Natiq Miri: “ABŞ prezidenti Bayden istədi deyə, yaxud da Rusiya ilə sövdələşmələr həyata keçirildi deyə, kimsə Ukraynanı Rusiyanın təsir dairəsinə sala bilməz”.

Hesab edirəm ki, bu məsələnin kökündə Rusiya prezidentinin çox pis niyyətləri durur. Putin yenidən Ukraynanı öz nüfuz dairəsinə daxil etmək üçün müəyyən hiylələr, fikirlər ortaya atır. Bu da dolayısı ilə Ukraynanı bir daha parçalmağa olunan cəhd kimi dəyərləndirilməlidir­. Çünki Ukraynada Rusiyaya doğma hisslərlə yanaşan insanların sayı da az deyil. Bu cür mesajlar verməklə Rusiya lideri əslində növbəti dəfə Ukraynada ictimai parçalanmanın olmasını hədəfləyib.

Rusiya prezidenti ilə ABŞ prezidentinin bəzi əraziləri bir-birlərinə keçməsi məsələsi isə şişirdilmiş məsələdir. Əgər 20-ci əsrin 80-90-ci illərində bu cür sövdələşmələr mümkün idisə, indiki müasir dünya tamamilə fərqli bir münasibətlər sistemindən qurulub. Unutmamalıyıq ki, bu gün həm Rusiyaya, həm də ABŞ-a meydan oxuyan Çin kimi hegemon dövlət var. Ayrıca bu məsələdə tək ABŞ-ın geosiyasi maraqları nəzərə alınmır. Bu məsələdə Avropa ölkələrinin, eyni zamanda Qara dəniz hövzəsi ölkəsi olan və Qara dənizdə ən güclü hərbi donanmaya malik olan qardaş Türkiyə dövlətinin də maraqları var. Türkiyənin Ukraynaya münasibəti də birmənalıdır. Yəni Krım və ətraf ərazilərin Ukraynanın tərkib hissəsi olduğunu Türkiyə birmənalı olaraq ifadə edib və hər fürsətdə də ifadə edir.

Buna görə də ABŞ prezidenti Bayden istədi deyə, yaxud da Rusiya ilə sövdələşmələr həyata keçirildi deyə, kimsə Ukraynanı Rusiyanın təsir dairəsinə sala bilməz. Çünki artıq bu dünya əvvəlki dünya deyil. Xüsusilə pandemiyadan sonra dünyada yeni güc mərkəzləri yarandı. Bu güc mərkəzlərindən biri getdikcə güclənən Çindirsə, ilk onluqda yer alan ən güclü ölkələrdən biri də Türkiyədir. Düşünürəm ki, bu çox ciddi bir perspektivdir. Buna görə də bu cür sövdələşmələrdən danışmaq özünü aldatmaqdan başqa bir şey deyil.

Ola bilər ki, Ukraynaya hansısa hərbi yardımlardan ABŞ imtina edə bilər. Amma birbaşa olaraq Ukraynanı Rusiya ianə etmək fikri başından böyük danışmaq anlamına gəlir. Çünki nə ABŞ, nə də Ukrayna əvvəlki ölkələr deyillər və hər iki ölkənin Rusiya ilə münasibətləri məlum strtegiya üzərində qurulrb. Bir daha qeyd edim ki, dünya da əvvəlki dünya deyil.

Natiq Miri: “NATO-nun son təlimləri onu göstərir ki, NATO-da da Qara dəniz hövzəsini heç də Rusiyaya verilməsini istəmir. Bu heç vaxt da belə olmayacaq”.

Bəs Rusiya Kubanı ABŞ-a necə verə bilər? Məlumdur ki, Venesuelada ABŞ suni hakimiyyət çevrilişi etmək istədi. Amma buna nail ola bilmədi. ABŞ-ın Venesuelada suni hakimiyyət çevrilişinə nail olmasının səbəbkarı təkcə Rusiya olmadı. Onlarla ölkə Venesuela hakimiyyətini müdafiə etdilər. Buna görə də ABŞ-ın bütün istəklərinə rəğmən bu çevriliş həyata keçirmək mümkün olmadı.

Bu gün proseslər ölkələrin azad siyasi iradəsinə bağlıdır. Bu ölkələrə təkcə ABŞRusiya ilə münasibətlər qurmur. Ukrayna da öz təhlükəsizliyinə görə tək ABŞ-la münasiblər qurmayıb. Ukrayna Türkiyə ilə də hərbi anlaşmalar imzalayıb. Güclənən Ukrayna-Türkiyə münasibləri Rusiyanı ciddi şəkildə narahat edir. Həmçinin NATO-nun son təlimləri onu göstərir ki, NATO-da da Qara dəniz hövzəsini heç də Rusiyaya verilməsini istəmir. Bu heç vaxt da belə olmayacaq.

Düzdür ortada Rusiya prezidenti səviyyəsində yazılmış məqalə var. Bu məqalə də Rusiyanın geosiyasi maraqlarını ifadə edir. Bir daha qeyd edim ki, məqalənin içərisində Ukrayna cəmiyyətini parçalayacaq gizli notlar var. Rusiya bu cür məsələlərdən istifadə etməklə yalançı slavyan birliyi yaratmaq istəyir. Amma düşünürəm ki, belə məsələlər alınmayacaq. Çünki ortada bir tarix var. Bu tarix Rusiyanın slavyan xalqlarını davamlı olaraq əzməsindən və assimliyasiya etmək cəhdindən ibarətdir. Belarus lideri Lukaşenko dəfələrlə Rusiya ilə ittifaq dövlət yaratdığını bəyan edib. Amma ortada bir ittifaq dövləti yoxdur və anlaşmalar ancaq kağız üzərində qalır.

Natiq Miri: “Bu proseslər bir məqalə ilə həll olunacaq proses deyil. Bu prosesin olması üçün Rusiya Ukrayna və Belarus üçün cəlbedici olmalıdır”.

Bu Belarus prezidentinin oyunlardır. Hazırkı vəziyyətdə Belarus çox çətin vəziyyətdə olduğu üçün hərbi cəhətdən güclü olan Rusiya dövlətinə ehtiyacı var. Amma Belarusu Rusiyanın tərkibində görmək Lukaşenkonun da planında yoxdur.

Onu da deyim ki, bu proseslər bir məqalə ilə həll olunacaq proses deyil. Bu prosesin olması üçün Rusiya Ukrayna və Belarus üçün cəlbedici olmalıdır. Amma bu yöndə Rusiyanın iqtisadi, maliyyə gücü yoxdur. Dağıdıcı gücü ilə isə Rusiya buna nail ola bilməz. Çünki dünya birliyi, regional ölkələr buna heç vaxt imkan verməzlər.

Ola bilsin ki, Putin yuxuda türk dünyasını birləşdirən Turan ideyasını görüb. Buna oxşar da slavyan birliyi qurmaq istəyir. Amma belə ideyanın həyata keçməsi yalnız Putinin yuxusunda real ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay