Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Əsədsiz bir Suriya yaratmağa çalışır?

“İlk addım olaraq rejimin hərbi şurası ilə birlikdə bir siyasi şura qurulacaq və müxalifətdəki bəzi suriyalı səlahiyyətliləri əhatə edəcək müvəqqəti bir hökumət qurulacaq. Siyasi qaçqın kimi Bəşər Əsəd İrana, Kubaya ya da Venesuelaya sığınacaq”…

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 5 iyul 2021-ci il

Əsəd rejimində çalışan keçmiş bir diplomat Suriyada Əsədlə Rusiya arasında bəzi problemlərin olduğunu və Rusiyanın Əsədsiz bir Suriya üçün yeni plan hazırladığını iddia edib. Əgər bu iddialar doğrudursa, Rusiyanın bölgədəki maraqları və hədəfləri Dəməşq və Tehranla zidd olduğu üçün İrana üz tutan Bəşər Əsəd Putinlə problemlərini həll edə bilməsə, böyük ehtimalla, öz hakimiyyətini itirəcək.

Diplomat Saqr-əl Mülhimin sözlərinə görə, Suriya bazarlığında yer alan dövlətlər arasında “Əsədsiz bir Suriya” üçün razılaşma əldə edilib: “İlk addım olaraq rejimin hərbi şurası ilə birlikdə bir siyasi şura qurulacaq və müxalifətdəki bəzi suriyalı səlahiyyətliləri əhatə edəcək müvəqqəti bir hökumət qurulacaq. Siyasi qaçqın kimi Bəşər Əsəd İrana, Kubaya ya da Venesuelaya sığınacaq”.

Növbəti ayların sürprizlərlə dolu olacağına işarə edən Mülhim ABŞ-ın Bəşər Əsəd rejimi ilə sıx əlaqələri olan və “Sezar Qanunu”nun prinsiplərini tətbiq etməyən ölkələrə və ya qurumlara qarşı sanksiyaları artıracağını da önə sürüb. “Sezar Qanunu” olaraq bilinən “Sezar Suriya Mülki Müdafiə Qanunu” 21 dekabrda Donald Tramp tərəfindən imzalanıb. 2014-cü ildə Əsəd rejiminin müxalifləri tutduğu həbsxanalarda işgəncə ilə öldürülən 11 min məhbusun 55 min fotoşəklini dünya mətbuatına sızdıran hərbi polisin kod adı ilə ortaya çıxan bu qanuna görə, Rusiyaİran adından fəaliyyət göstərən insanları və ya podratçı şirkətləri dəstəkləyən, yaxud çox miqdarda pul mübadiləsi edən xarici şəxslərə və təşkilatlara sanksiya tətbiq edilə bilər.

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri “Sezar Qanunu” çərçivəsində Bəşər Əsəd və həyat yoldaşı da daxil olmaqla, Suriya hökuməti ilə əlaqəli 39 nəfərə sanksiya tətbiq ediləcəyini açıqlamışdı. Həmin səlahiyyətlilər, həmçinni, rejimin xalqa qarşı apardığı amansız müharibə dayanmadığı müddətcə sanksiyaların davam edəcəyini də xüsusi olaraq bildiriblər.

Rusiya İranın Aralıq dənizinə girməsini istəmir

Mütəxəssislərin fikrincə: “2011-ci ildə başlayan vətəndaş müharibəsi dönəmində Rusiya ilə İran eyni tərəfdə olsalar da, iki ölkənin xarici siyasəti və hədəfləri hazırda çox fərqlidir. Moskva, Dəməşq və Tehran arasındakı üç əsas problemin İran, İsrail və Suriyada yeni konstitusiyanın hazırlanması ilə əlaqəli siyasi proses olduğu bildirilir”.

Rusiyaya görə, biri Asiyada, biri də Suriyada daxil olmaqla, Yaxın Şərqdə iki İran olduğu ehtimal edilir. İranın Asiyada Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü olması, Xəzər dənizindəki ortaq hərbi təlimlər və Çin-Rusiya-İran ticarət əlaqələri kimi səbəblər Rusiya üçün çox vacibdir. Lakin Suriyada İranRusiyanın ortaq problemi terrorizmlə mübarizə olsa da, metodları fərqlidir. Rusiya İranın Asiyada regional güc olaraq qalmasını istəyir, ancaq İranın Aralıq dənizinə çıxış əldə etməsini qəbul etmir.

İsrail İranın Suriyada hərbi düşərgələr qurmasını bəhanə edərək bu ölkədəki bəzi bölgələrə tez-tez hava hücumları təşkil edir. Rusiyanın Suriyada hava hücumundan müdafiə sistemlərinə sahib olması və əslində Suriyanın hava məkanını qorumaqla məsul olduğu halda İsrail ilə yaxşı münasibətləri səbəbindən, bu hücumların qarşısını almaması Dəməşq və Tehranda narahatlıq yaradır. Tərəflaər arasında əsas problemlərdən biri də Rusiyanın bu hücumlara göz yummasıdır.

Putin Əsədi istəmir?

Suriyada münaqişələr azalarkən Moskva-Tehran-Dəməşq xəttində də fikir ayrılıqları artmaqdadır. Moskvadan Dəməşqə qarşı səsləndirilən tənqidlər Putinin artıq Əsədi istəmədiyi barədə iddialara səbəb olub. Hazırda Moskvada Suriya ilə bağlı iki fərqli yanaşma var. Geniş yayılmış bir hərbi yanaşmaya görə, artıq Suriyada vətəndaş müharibəsi yoxdur. Dəməşqdəki qanuni hökumət öz ərazilərini kənar şəxslərin dəstəklədiyi beynəlxalq terrorçulardan geri almağa çalışır. Bu vəziyyətdə münaqişəyə son qoymağın yeganə yolu terrorçuları məhv etməkdir. Bu yanaşma Suriya rəhbərliyi tərəfindən açıq şəkildə dəstəklənir.

Rus diplomatlar tərəfindən irəli sürülən ikinci yanaşmaya görə isə Suriyadakı məsələ yalnız terrorçularla məhdudlaşmır. Bu baxışa görə Bəşər Əsəd rəhbərliyinə qarşı çıxanlar da var. Yəni bu bir vətəndaş müharibəsidir və ümumi yanaşmaya görə, buna son qoymağın yolu siyasi dialoqa başlamaq, Cenevrəyə getmək, razılıq əldə etmək, konstitusiya islahatı keçirmək və BMT-nin himayəsi altında bir seçki keçirməkdir.

Bəşər Əsəd və həyat yoldaşı niyə səs vermək üçün Duma rayonunu seçdi?

Türkiyə uşaq qatili olan Əsəd rejiminin öz nəzarəti altındakı bölgələrdə 26 may 2021-ci il tarixində təşkil etdiyi saxta şouya reaksiya göstərən ölkələrdən biri idi. Fransa, Almaniya, İtaliya, İngiltərə və ABŞ xarici işlər nazirləri tərəfindən yayımlanan ortaq açıqlamada: “26 Mayda Suriyada keçiriləcək prezident seçkiləri azad və ədalətli deyil. Əsəd rejiminin bu seçkiləri BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi xaricində keçirmək qərarını rədd edirik”, deyə qeyd edilir.

Gərgin blokada və şiddətli hücumlar nəticəsində 7 aprel 2018-ci il tarixində Duma bölgəsini ələ keçirən Əsəd rejiminin həyata keçirdiyi kimyəvi silah hücumunda 78 dumalı mülki şəxs zəhərli qazdan həyatını itirmişdi.

Bəşər Əsəd və həyat yoldaşının səs vermək üçün paytaxt Dəməşqin Duma bölgəsini seçməsi milyonlarla suriyalıya qarşı açıq bir təxribatdır və bu seçkiləri tanımayacağını elan edən beynəlxalq ictimaiyyətə qarşı açıq şəkildə meydan oxumaqdır. 21-ci əsrin qəssabı Bəşər Əsəd dünyaya meydan oxumaq üçün bu cəsarəti harada tapır? Şübhəsiz ki, Putindən. Bu səbəbdən düşünürəm ki, Putin doğrudan da, Əsədsiz bir Suriya modelinə hazırlaşmış olsaydı, bu qatil bu şəkildə meydan oxuya bilməzdi.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Putin Əsəd Suriya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar