Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin ofisiantı: O, Putinə şəxsən qulluq edirdi və onunla heç vaxt danışmırdı...

Priqojin tərəfindən Putin, Sergey Şoyqu və Valeri Gerasimov da daxil olmaqla bir çox elit qonaqlarla dəbdəbəli şam yeməklərində qulluq göstərmək üçün işə götürülmüş aşpazlar və restoran işçiləri əvvəlcə yalan detektoru testindən keçməli idilər...

Poliqon xəbər verir ki, bunu Yevgeni Priqojinin keçmiş ofisiantı Aleksandr Karamışev The Wall Street Journal nəşrinə deyib. Keçmiş ofisiant “Vaqner” şefi barədə qəzetə maraqlı açıqlamalar verib.

Aleksandr Karamışevin dediyinə görə, Priqojin tərəfindən Putin, Sergey Şoyqu və Valeri Gerasimov da daxil olmaqla bir çox elit qonaqlarla dəbdəbəli şam yeməklərində qulluq göstərmək üçün işə götürülmüş aşpazlar və restoran işçiləri əvvəlcə yalan detektoru testindən keçməli idilər. Onlara bir qayda olarq belə bir sual verilib: “Siz, nə vaxtsa Rusiya prezidentinə zərər vermək istəyərsinizmi?”.

Karamışev deyib ki, Priqojin Putinə şam yeməyini şəxsən özü təqdim edib. Priqojin Putinin qulluğunda durduğu zaman onunla heç vaxt danışmayıb, müticəsinə prezidentin arxasında dayanıb.

Karamışevin bildirdiyinə görə, Priqojin işçilərin maaşlarını da özü verirmiş. O, böyük çantadan işçilərə maaşlarını yerindəcə nağd şəkildə ödəyib.

Keçmiş ofisiant Priqojini qəddar və tələbkar işverən kimi təsvir edib. O. mətbəxdə çəngəl düşürən və ya növbəni buraxan ofisiantların dişlərini sındırmaqla hədələyib, xırda qanun pozuntularına görə aşpazları işdən çıxarıb. Vətən Müdafiəçiləri Gününə həsr olunmuş tədbirdə Priqojin süfrəyə verilmək üzrə olan şorbanı dadıb və bəyənmədiyinə görə məsul aşpazı yanına çağırıb və onun üzünə bir neçə yumruq zərbəsi endirib. “Onu bir daha görmədilər”, deyə Karamışev qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Ən çox oxunanalar