Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik”


“Con Kerri tərəflərlə işləyərək münaqişənin sülh yolu ilə həlli işinə öhdəliyini nümayiş etdirib”


PİA.AZ-ın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib.
 
C. Uorlik xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri NATO toplantısı çərçivəsində tərəflərlə görüşüb və müzakirələr aparıb: “Cənab Kerri bir neçə ay əvvəl də AzərbaycanErmənistan prezidentləri ilə görüşərək məhsuldar danışıqlar aparıb. Bölgədə yaşayan hər bir xalqın marağındadır ki, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış həlli tapılsın. ABŞ-ın bu məsələyə sadiqliyi şübhə altında olmamalıdır. Münaqişə tərəfləri məsələnin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində öhdəliklərini nümayiş etdirməlidirlər. Mən şəxsən Azərbaycan prezidenti ilham Əliyevlə danışmışam və o bildirib ki, danışıqlar prosesinə və münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə sadiqdir. O, gələcəkdə də görüşməyə və masa üzərində olan təkliflərə baxmağa hazırdır. Vyana və Sankt-Peterburq görüşlərində də prezidentlər öz öhdəliklərini nümayiş etdiriblər. Müzakirə predmeti olan maraqlı ideyalar var. Biz bu ideyaları müzakirə etməyə hazırıq və müzakirə edəcəyik. Eyni zamanda, prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik. Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar