Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin masasında ölü ördək fotoları...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyn Haspel 2018-ci ildə prezident Donald Trampı QRU polkovniki Sergey Skripalın zəhərlənməsinə görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək üçün ona ölü ördəklərin fotolarını göstərib

Virtualaz.org “The New York Times” qəzetinə istinadla xəbər verir ki, həmin ilin martında ABŞ-ın milli təhlükəsizliyə cavabdeh məmurları Ağ evdə toplaşaraq prezidentlə Skripalların zəhərlənməsi işini müzakirə ediblər. Məlumata görə London israr edirdi ki, ABŞ rusiyalı diplomatları ölkədən çıxarsın. Amma prezident Tramp bu məsələyə skeptik yanaşırdı. Hətta o Rusiya hakimiyyətinin tərəfini saxlayaraq “satqın zabitin təqib olunmasına” haqq qazandırırdı.

Belə olanda MKİ-nin o vaxtkı direktor müavini Ceyn Haspel prezidentə sakit, amma sərt tonda deyib ki, Rusiyanın bu hərəkətinə qarşı kəskin cavablar verilməlidir. O, “sərt variant” kimi 60 rusiyalı diplomatın ölkədən xaric edilməsini qeyd edib.

Haspel Trampı əmin edib ki, Skripal və qızı Rusiya kəşfiyyatının yeganə qurbanları deyil. Belə ki, o Trampa Britaniya kəşfiyyatının təqdim etdiyi və “Noviçok” əsəb-iflic qazının təsirindən zəhərlənmiş balaca uşaqların fotolarını göstərib. Bundan başqa Haspel rusiyalı kəşfiyyatçıların həmin əməliyyat zamanı səhlənkarcasına davranması nəticəsində ölən ördəklərin fotolarını da təqdim edib.

Qeyd olunur ki, Haspel prezidenti emosional obrazlarla yola gətirməyə çalışan yeganə məmur deyildi. Amma məhz onun taktikası effektli olub. Tramp qazdan zəhərlənən uşaqların və ölü ördəklərin şəkillərinə baxıb, görüşün sonunda Rusiyaya qarşı sərt sanksiyaların tətbiq edilməsinə razılıq verib.

Mənbələr deyiblər ki, həmin nəticə Haspelin Trampı fikrindən daşındıra bilə azsaylı şəxslərdən biri olduğunu göstərir. “Onun stili belədir ki, zəiflik göstərmədən belə situasiyalarda qarşısındakını tərksilah edir”-mənbə deyib.

Ceyn Haspel ötən əsrin 90-cı illərində ABŞ-ın Bakıdakı səfirliyində MKİ rezidenti kimi işləyib. Daha sonra Türkiyədə ABŞ kəşfiyyatının bürosuna rəhbərlik edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ən çox oxunanalar