Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin köməkçisi: "Qarabağda yaşayan ermənilər son 30 ildə Ermənistanın girovu olub"

"Qarabağda yaşayan erməni sakinlər son 30 ildə Ermənistanın və qanunsuz rejimin girovu olub".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, 30 illik işğal faktı bitdikdən sonra Azərbaycan özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğunu bildirib: "Son vaxtlar xaricdən ixrac olunmuş “Ruben Vardanyan” layihəsi ilə Qarabağda yeni reallığın yaradılmasına, vəziyyətin 1988-ci ilə gətirilməsinə, yeni status kvonun yaradılmasına cəhdlər edilirdi.

Bildiyiniz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəyyən olunub. Martın 1-də Xocalıda ilkin təmaslar aparılıb. Təəssüf ki, təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqlamalarının şahidi olduq. Lakin biz bu təmasları davam etdirməkdə qərarlıyıq.

Bizim fikrimizcə, martın 5-də Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi təxribat həm də erməni sakinlərlə təmaslara mane olmağa hesablanıb. Biz Azərbaycanın suveren ərazilərinə silah daşınmasını Ermənistan tərəfindən ölkəmizə qarşı davam edən təcavüz və terror siyasəti hesab edirik. Ermənistan nədən başqa ölkənin suveren ərasizinə silah-sursat göndərməkdə davam edir? Gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki,Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasını Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi, beynəlxalq mexanizmin yaradılması ilə şərtləndirməsi tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır: "Bu, faktiki olaraq İkinci Qarabağ müharibəsindən əvvəl “öz müqəddəratını təyin etmə”, “müstəqillik” nağıllarının indi basqa ad altında davam etdirilməsi anlamına gəlir. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı zamanı vurğuladı ki, Ermənistanla sülh sazişinə Qarabağ məsələsi daxil edilməyəcək".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay