Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

Baş ProkurorluqFövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərindən Demokrat.az-a verilən birgə məlumatda qeyd olunur ki, nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Bakı şəhərindən FHN-in helikopterləri vasitəsi ilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib. Eyni zamanda baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar