Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verib

Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndiyini bildirən dövlətimizin başçısı onun adının sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunduğunu qeyd edib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib.

Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndiyini bildirən dövlətimizin başçısı onun adının sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunduğunu qeyd edib.

“Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Vaxtanq Kikabidzenin Azərbaycanın böyük dostu olduğunu bildirən dövlətimizin başçısı onun yaradıcılığının xalqımız tərəfindən hər zaman sevildiyini, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənildiyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfələr vermiş görkəmli sənətkarın əziz xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Ən çox oxunanalar