Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnik Starikov: “Çətin ki, Rusiya qoşunları paytaxtımıza daxil ola” - Kiyevdən müsahibə

Müdafiə və dövlət təhlükəsizliyi sahəsində tanınmış ukraynalı ekspert, Ukrayna Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki Oleq Starikov Oxu.Az-a Ukrayna-Rusiya qarşıdurması iə bağlı müsahibə verib.

- Gəlin əvvəlcə Rusiyanın Ukrayna ərazisində genişmiqyaslı hərbi əməliyyatını müzakirə edək. Rusiya Federasiyasının məqsədi nədir?

- Bunu Rusiya prezidenti Vladimir Putin səsləndirərək, Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” kimi təyin etdi. Amma Moskvanın strateji məqsədi Ukraynanı Qərbdən qoparmaqdır.

Rusiya indi “xüsusi hərbi əməliyyat” keçirir, bu məhz belə adlanır. Qarşıya qoyulan məsələ hücuma məruz qalan ölkənin hökumətini təcavüzkar ölkənin tələblərini yerinə yetirməyə məcbur etməkdir. Bizə bir neçə nöqtədən - şimaldan, cənubdan və şərqdən hücum edirlər.

İndi gördüklərimizə görə, onlar Ukraynanın şərqində Birgə Qüvvələr Əməliyyatı (keçmiş ATO – Antiterror Əməliyyatı zonası – red.) zonasında qruplaşmanı mühasirəyə almağa hazırlaşırlar. Ukraynanı “Minsk-3” adlanan müqaviləni imzalamağa məcbur edəcəklər.

Xatırlatmaq istəyirəm ki, “Minsk-1” İlovaisk yaxınlığındakı, “Minsk-2” - Debaltseve yaxınlığındakı mühasirədən sonra imzalanıb.

- Döyüş əməliyyatlarının gedişatından danışın. Rus qoşunları hansı taktikalardan istifadə edir?

- Rusiya silahlı qüvvələri Ukrayna şəhərlərinə girməməyə çalışır. Şəhərlərə yaxınlaşır, nəzarəti ələ keçirirlər, amma içəri girmirlər. Xüsusi hərbi əməliyyat budur.

Onlar mülki infrastrukturu dağıtmamağa, yerli hakimiyyət orqanlarına müdaxilə etməməyə və s. çalışırlar. Yalnız hərbi hədəflər atəşə məruz qalır - eniş etməyəcəkləri aerodromlar, hərbi hissələr, hava hücumundan müdafiə, silah və sursat anbarları, ilk növbədə Qərbdən aldığımız yeni silahların saxlandığı obyektlər.

Vasilkov (Kiyev vilayəti - red.) hücuma məruz qalıb, orada bizim “Bayraktar”ların anbarı var idi. Hər şey məhv edildi.

Son vaxtlara qədər Qostomeldə döyüşlər gedirdi, bu, Kiyevin yaxınlığındadır, orada aerodrom yerləşir. Ruslar bura 103-cü Vitebsk hava-desant briqadasını və 104-cü Ulyanovsk hava-desant diviziyasının qoşunlarını endirməyi planlaşdırırlar.

- Yəni Kiyevi mühasirəyə almaq olar?

- Bəli. Amma çətin ki, onlar paytaxtın özünə daxil olsunlar.

- Məntiqi zənciri davam etdirək. Birdən Moskva Kiyevi “Minsk-3”-ü imzalamağa məcbur edirsə, bəs rus qoşunları necə olacaq? Onlar Ukrayna ərazisini tərk etməli deyillər?

- Bəli, onlar çıxacaqlar, buna şübhəm yoxdur. İşğal idarəsi olmayacaq. Onların vəzifəsi hökuməti dəyişmək, bəlkə də öz marionetini gətirmək, sonra seçki keçirmək, Ukraynanın NATO-ya üzv olmaması barədə qərar çıxarmaqdır. Ukraynanı Qərbdən ona görə ayırırlar ki, Şimali Atlantika Alyansının zərbə sistemləri burada yerləşməsin. Bu, onların planıdır, onu həyata keçirməyə çalışırlar.

- Yaxşı, bəs “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın (“LDXR”) taleyi necə olacaq? Onlar ki, indi döyüşür, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmağa çalışırlar.

- İzah edim. “LDXR” üçün minimum vəzifə inzibati sərhədlərə çatmaqdır. Əvvəllər ORDLO - Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı əraziləri var idi. Və əgər Moskva “Minsk-3”-ün imzalanmasına nail ola bilsə, onda iki “Rusiya dövləti” meydana çıxa bilər.

İndiki vəziyyətimiz sabit ağırdır, amma ümidsiz deyil. Ukrayna Silahlı Qüvvələri mümkün qədər uzun müddət tab gətirməli, öz tapşırıqlarını yerinə yetirməlidir. Beləliklə, biz Rusiyanın planlarını poza bilərik.

- Məlumatlara görə, Rusiya qoşunları Şimali Krım kanalına nəzarəti ələ keçirib və Krımla quru əlaqəni yaradıb. Rusiya siyasi məqsədinə çatsa, bu ərazini tərk edəcəkmi?

- Bəli, onlar artıq Azov ətrafını götürüblər. Bəs bundan sonra necə olacaq? Mənim anladığım qədər, qarşıya qoyulan məsələ “Minsk-3”ə imza atmaqla, konfederasiya yaratmaqla Ukraynanı parçalamaqdır.

“Minsk-2” olanda söhbət federallaşmadan gedirdi ki, təki Ukrayna ORDLO-nun xarici siyasətə təsiri ilə NATO-ya daxil olmasın. İndi konfederasiyadan, Ukraynanın bütün siyasi strukturunun dəyişməsindən bəhs edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar