Şənbə, 02 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Tramp yenidən seçilərsə, vaxtilə başlatdığı prosesi yekunlaşdıra bilər...

Yaxın Şərqdəki hazırkı müharibənin əsas hədəfi regionda İran proksilərini məhv etməkdir?..

Turan Rzayev: “Təcrübə göstərir ki, Vaşinqton seçki müddətində müəyyən münaqişə ocaqlarında gərginlik yaratsa da, birbaşa müdaxilədən qaçır”.

ABŞ-ın İrana birbaşa müdaxiləsi hər zaman zəif bir ehtimal olub. Çünki İran hər nə qədər hücum xarakteli müharibələrdə zəif olsa da, müdafiə xarakterli müharibədə dişli rəqibdir”.

Bu sözləri politoloq Turan Rzayev ABŞ-ın İran ərazilərini hədəf almamasının səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, Vaşinqton Suriya, İraq və Yəməndəki bombardmanlarla məhdudlaşmayacaq, İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir. Amma Vaşinqton İraq, Suriya və Yəməndəki hədəfləri bombalasa da, İran ərazilərini hədəf almır.

Digər tərəfdən münaqişənin genişlənməməsini əsas proritet olaraq görən ABŞ Yəmənə, İraqa və Suriyaya zərbələr endirərək müharibənin əhatə dairəsini hər gün daha da genişləndirir. Belə düşünmək olar ki, Yaxın Şərqdəki hazırkı müharibənin əsas hədəfi regionda İran proksilərini məhv etməkdir.

Bəs, ABŞ və İsrailin bu hədəfə çatması mümkün görünürmü və bu müharibənin təsirləri haralara qədər uzana bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İranla müharibədə ABŞ qalib gəlsə belə, bu qələbə sadəcə “Pir qələbəsi” olar”.

İran bir yana, Yəmənə birdəfəlik müdaxilə etmək məsələsinin gündəmdə olmadığını nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, hətta Bayden və Trampdan birinin prezident seçilməsi durumunda ABŞ-ın Yaxın Şərq siyasəti fərqli olacaq:

ABŞ bir neçə gündür İraqSuriyadakı hədəfləri bombalayır. Bundan başqa, Yəməndə husilərə qarşı vaxtaşırı zərbələr endirilir. İordaniyada 3 amerikan hərbçisinin öldürülməsi və 50-yə yaxın hərbçinin yaralanması fonunda Vaşinqtonun cavab addımları atacağı gözlənilirdi. Bununla belə, Pentaqonun cavabı diqqət çəkir.

ABŞ-ın İranla birbaşa toqquşmadan qaçmasının bir çox subyektiv səbəbləri var:

Birincisi, qarşıdan ABŞ prezident seçkiləri gəlir. Təcrübə göstərir ki, Vaşinqton seçki müddətində müəyyən münaqişə ocaqlarında gərginlik yaratsa da, birbaşa müdaxilədən qaçır. Çünki seçki öncəsi və seçki zamanı itkilərin olması bütün hallarda səsverməyə təsir edir.

İkincisi, ABŞ-ın İrana birbaşa müdaxiləsi hər zaman zəif bir ehtimal olub. Çünki İran hər nə qədər hücum xarakteli müharibələrdə zəif olsa da, müdafiə xarakterli müharibədə dişli rəqibdir. Dini-ideoloji, coğrafi, habelə geosiyasi üstünlüklərə malik Tehranla giriləcək bir müharibə fəlakətlə nəticələnə bilər. Hətta bu müharibədə ABŞ qalib gəlsə belə, bu qələbə sadəcə “Pir qələbəsi” olar.

Üçüncüsü, hazırda ABŞ-da daxili siyasət heç də ürəkaçan deyil. Əksər cənub ştatları miqrant böhranına görə mərkəzi hakimiyyətlə fikir ayrılığı yaşayır. Texasda isə artıq Birləşmiş Ştatlardan ayrılmaq çağırışları yüksəlir. Yəni belə bir vəziyyətdə ABŞ nəinki İranla, heç bir ölkə ilə birbaşa müharibəyə girməz.

Turan Rzayev: “Əfqanıstan fiaskosundan sonra ABŞ-ın bu tezlikdə növbəti bənzər formada bir müharibəyə getməsi, lokal toqquşmaya getməsi, ya da hansısa ölkəyə birbaşa müdaxilə etməsi real deyil”.

Nəticə etibarilə, ABŞ Prezidenti Co Bayden hərbçilərin öldürüldüyü ABŞ bazasına hücuma hansısa formada cavab verməli idi. Suriyaİraqdakı müəyyən məntəqələrə vurulan zərbələr fonunda da bunu etdi.

ABŞ-da prezident seçkiləri Yaxın Şərqin gələcəyi baxımdan çox önəmlidir. Belə ki, Tramp yenidən prezident seçilərsə, vaxtilə başlatdığı prosesi yekunlaşdıra bilər. Söhbət Suriyaİraqdan ABŞ qoşunlarının çıxarılmasından gedir. Trampın qoşunları geri çəkmək və hərbi xərcləri azaltmaq vədləri onu indidən noyabrdakı seçkilərin favoritinə çevirib.

Əlbəttə, ABŞ-ın məqsədi regionda genişmiqyaslı müharibə aparmaq deyil. Ümumiyyətlə, Əfqanıstan fiaskosundan sonra ABŞ-ın bu tezlikdə növbəti bənzər formada bir müharibəyə getməsi, lokal toqquşmaya getməsi, ya da hansısa ölkəyə birbaşa müdaxilə etməsi real deyil.

Turan Rzayev: “ABŞ-da prezident seçkiləri Yaxın Şərqin gələcəyi baxımdan çox önəmlidir”.

İlkin olaraq demək olar ki, ABŞ-da seçkiyə hazırlıq gedir. Bu seçki dövründə seçkilərə təsir edə biləcək işlər görülür. Söhbət burada İranın proksi qüvvələrindən gedir. Yəni İran ənənəvi olaraq demokratiya keşikçisi və beynəlxalq terrorizmlə mübarizə aparan qlobal müstəvidə aparan ölkə imici yaradıb. İndiki məqamda İraqda, Suriyada, Yəməndə hücumlarda faktiki olaraq bunun mesajlarını verir. Bunu da seçkidə propaqanda üçün istifadə edəcəklər. Xüsusilə də, Baydenin özü bu məsələdən çox istifadə edəcək.

Amma İran bir yana, Yəmənə birdəfəlik müdaxilə etmək məsələsi gündəmdə deyil. Hətta Bayden və Trampdan birinin prezident seçilməsi durumunda ABŞ-ın Yaxın Şərq siyasəti fərqli olacaq”.

Nərminə UMUDLU
Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səbail Rayon Məhkəməsi vətəndaşlara qarşı xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxsləri hansı səbəbdən ev dustaqlığına buraxır?

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: “Ailəmi öldürdüm, çünki...”    

Hökumətin qarşısında mühüm vəzifə - Bir milyon insanın qulağı səsdə

Evini satıb ehsan verib, kirayədə qalan Hacı Şahinin ailəsindən reportaj - Video

“Xəyanət etdi, oğlum evində öldü”- Əməkdar artistin xanımı nələr danışdı

Bakıda Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə iclaslar keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - Yenilənib

Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib - Yenilənib   

“Akıncı” hücum PUA-sından uğurla sınaq: Hədəfi tam dəqiqliklə vurdu - Foto, Video

Hakan Fidan “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

Keçmiş məcburi köçkünlərə “çörək pulu”nun verilişi dayandırılıb? - Rəsmi açıqlama

Ən çox oxunanalar