Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu "Rosneft"in rəhbərinə "Dostluq" ordenini təqdim etdi

5 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Rusiyanın “Rosneft” şirkətinin Baş icraçı direktoru İqor Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Bununla əlaqədar sentyabrın 11-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və nümayəndə heyətinin digər üzvləri İqor Seçinlə görüşüblər.

Görüş zamanı Polad Bülbüloğlu Azərbaycan Prezidentinin təbrikini oxuyub və ordeni “Rosneft”in baş icraçı direktoru İqor Seçinə təqdim edib.

Öz növbəsində İ.Seçin belə bir yüksək mükafata görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktubunu Azərbaycan səfirinə təqdim edib, həmçinin Azərbaycan neftçilərinə xoş sözlərini çatdırıb.

SOCAR-ın prezidenti R.Abdullayev İ.Seçinə “Azərbaycanın Əməkdar neftçisi” diplomunu və döş nişanını təqdim edib.

Görüşdə, həmçinin Azərbaycanla Rusiya arasında, xüsusilə SOCAR və “Rosneft” arasında enerji sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar