Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pokemon Go haqqında bilməli olduğumuz hər şey


Mən Pokemon haqqında əvvəllər eşitmişəm. Bu söhbət yenə də çıxdı?


Bəli - Pokemon Go smartfonlarda oynanan canlı reallıq oyunudur.

Oyun telefonunuzdakı GPS-dən istifadə edir. Siz telefonunuzla real dünyada gəzib-dolaşıb yaxınlıqdakı yerlərdə Pikachu və Jigglypuff kimi cırtdan virtual məxluqları tutursunuz və sonra onları bir-bir ilə döyüş üçün məşq etdirirsiniz.

Bu məxluqlar 1990-cı illərdə Nintendo Game Boy oyun dəstgahında oynanandan məşhur idilər. Minecraft oyunu hələ çıxmayan vaxtlarda Pokemon kartları məktəblilər arasında çox populyar idi. Bundan daha əvvəl uşaqlar yoyo və marbl oyunlarını çox sevirdilər.

Pokemon Game Boy və DS, habelə multiplikasiya proqramı və sadə mübadilə kartları şəklində mövcud olub, lakin indi ilk dəfədir ki, smartfonda oynanır.

Pokemon lüğəti
Pokemon = pocket monster (cib məxluqu)
Pokestop = Məşhur və görməli yer
Pokeball = Pokemonu məşq etdirmək məqsədilə tutmaq üçün vasitə
Gym = Pokemonların bir-birləri ilə döyüşdükləri yer
Pikachu = Ən məşhur Pokemon və yapon mədəniyyətinin rəmzlərindən biri

Mən də oynaya bilərəmmi?

Bu oyunu mobil telefonun App Store-unda (iPhone) və ya Google Play-də (Android) oynaya bilərsiniz. Oyun pulsuzdur, amma bütün pulsuz oyunlardakı kimi, elə ki, girişdiniz real pulla almalı olacağınız şeylər var.

Oyun Avstraliyada, Yeni Zelandiyada və ABŞ-da başlanıb, tezliklə Yaponiyada da olacaq, amma Birləşmiş Krallıqda yaşayanlar bir az gözləməli olacaqlar.

O qədər oynayan var ki, serverlər elə hey çökür. Buna görə də oyunun yaradıcıları – Google-in sahibi Alphabet İnc şirkətindən qopmuş Niantic Inc – bu oyunu hələlik bütün dünyaya buraxmaqdan çəkinirlər.

Bu qardaşlar etiraf edirlər ki, Pokemon Go-nu yükləyənədək doğma şəhərlərinin mərkəzində olmamışdılar

Bu oyunu oynayanlardan kiminsə başına oyun gəlibmi?

Nə qədər desən… Bir amerikalı qadın evinin yaxınlığındakı çayın sahilində Pokemon axtaranda meyit tapıb. Polis deyib ki, hadisə son 24 saat ərzində baş verib və kişi öz əcəli ilə ölənə oxşayır.

Dörd nəfər oyunçuları xəlvət yerlərə çəkərək orada silahla qarət etdiyinə görə həbs edilib.
Bununla əlaqədar Pokemon Go tövsiyə edib ki, “yeni və ya tanış olmayan yerlərə” yalnız dostlarınızla oynayanda gedəsiniz və “ehtiyatınızı əldən verməyəsiniz”.

ABŞ-dakı antigey Westboro Baptist Kilsəsi Pokemon Go-nun məkanlarından biridir və oyunçular ora “Sevgi sevgidir” adlanan çəhrayı rəngli “Clefairy” Pokemonunu yapışdırıblar. Kilsə buna cavab olaraq sosial medialarda Pokemonu homoseksual adlandırıb.

Bir də oyunçuların oyun vaxtı qarşılarında nə olduğuna fikir vermədiklərinə görə xəsarət aldıqları barədə çoxsaylı xəbərlər var.

Pokemon Go-nun ekranında gördüyünüz dünya ətrafınızdakı real dünyadır

Şəxsi sirlərimdən narahat olmalıyammı?

Bəzi adamlar deyirlər ki, oyun real vaxtda baş verdiyindən yaxınlığınızda olan başqa bir oyunçunu, ola bilsin real həyatda görə bilərsiniz.

Əgər oyuna qol qoymusunuzsa, Niantic Labs sizin yerinizi aplikasiya vasitərilə paylaşacaq.
Bunu sizdən bütün sosial şəbəkələrin aplikasiyaları xəbər alır. Amma burası da var ki, siz Facebook və ya Tvitterdə məkan funksiyasını söndürə bildiyiniz halda, bunu Pokemon Go-da etsəniz oynamağınız qəlizləşəcək.

Oyun kifayət qədər uğurlu sayıla bilərmi?

Bu oyun buraxıldığı gündən Nintendonun səhm dəyərini 7 milyard dollar artırıb.

Bu oyun ABŞ-dakı oyun məkanında hegemondur və iki əsas bazarı var: Pokemon ovuna ilk dəfə çıxan yeniyetmələr və indi təxminən 30 yaşında olanlar. Onlar bu oyunu o hələ kartlar şəklində olandan tanıyırlar və onu bir az da xiffətlə oynayırlar (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar