Perunun nüfuzlu media orqanlarından biri olan Perunun “Guik” portalında bu yaxınlarda Azərbaycanda olan məşhur jurnalist Rikardo Sançesin “Azərbaycan həqiqətləri uydurmalara qarşı” adlı məqaləsi dərc olunub...
Poliqon xəbər veri ki, məqalədə Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin 92 faizdən çox səslə ən yüksək hökumət postuna seçilməsi xalqın öz liderinə olan inamından xəbər verməsi qeyd olunur.
Məqalədə seçkilərin şəffaf və açıq səsvermə şəraitində keçdiyi vurğulanır. Müəllif ölkə üzrə seçki məntəqələrinin prosedur qaydalara uyğun təşkil edildiyini, seçkiləri 790-dan artıq rəsmi qeydiyyatdan keçmiş beynəlxalq müşahidəçi və təşkilatlar, eləcə də 90 mindən çox yerli müşahidəçinin müşahidə etdiyini bildirir.
Nəşr oxucularının nəzərinə çatdırılır ki, bu seçkilər 30 illik işğaldan sonra Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildiyi üçün xüsusi əhəmiyyət kəsb edib.
Məqalədə Ermənistanın 30 ildir işğal altında saxladığı Azərbaycan torpaqlarında dəhşətli dağıntılar və ekoloji terror törətdiyi də xatırlanır.
“Guik” yazır: “Ermənistan silahlı qüvvələrinin minalara atması nəticəsində indiyədək 300-dən çox dinc sakin həlak olub və yaralanıb”.
Məqalənin sonunda Azərbaycanın münaqişədən sonrakı dövrdə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və yenidənqurma işlərindən bəhs edilir.
Poliqon.info