Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqonun ittihamı, Moskva və Tehranın təkzibi - İrana qarşı Rusiya sanksiyaları gəlir...

Təzyiqlər Tehranı Rusiyanı dəstəkləməkdən çəkindirə bilərmi?..

Politoloq: “İran bir müddətdir Rusiyaya pilotsuz uçuş aparatları verir. Hər iki ölkə bunu gizlətməyə çalışsalar da, bu artıq faktdır”.

“Hətta ABŞ kəşfiyyatı bəyanat verib ki, iranlı instrukturlar Krımda o pilotsuz uçuş aparatlarını havaya qaldırırlar. Bu məsələni sübut etmək çətin olsa da, dronların qalıqları var”.

Bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın əlində İranın Rusiya tərəfindən Ukraynaya qarşı hücumlarının sübutlarının olmasını PİA.az-a şərh edərkən qeyd edib ki.

Dünən Pentaqon bəyanat yayıb ki, ABŞ-ın əlində İranın Ukraynanın infrastrukturlarına və mülki əhaliyə qarşı hücumlarda iştirakına dair subutlar var. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərə deyib ki, İran hərbçiləri Krım ərazisində fəaliyyət göstərirlər və Rusiyanın Ukraynaya dron hucumlarına dəstək verməkdə iştirak edirlər. İranRusiya isə bu iddiaları israrla rədd edirlər.

Artıq bir neçə ölkə, o cümlədən Böyük Britaniya Rusiyaya kamikadze dronlar verdiyinə görə İrana sanksiyalar tətbiq ediblər.

Əgər Pentaqonun bu iddiaları sübut olunarsa, İrana qarşı hansı tədbirlər görülə bilər və edilən təzyiqlər Tehranı Rusiyanı dəstəkləməkdən çəkindirə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Rusiyanın İrandan uçuş aparatları alması həm də onu göstərir ki, Rusiyanın hərbi-sənaye kompleksi deyildiyi qədər müasir deyil”.

Həmişə hərbi-sənayesi ilə öyünən Rusiyanın indi adi pilotsuz uçuş aparatları istehsal edə bilmədiyinə nəzər yetirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, geridə qalmış İran və Şimali Koreyadan hərbi texnika almaqla Rusiya ağır vəziyyətdə olduğunu göstərir:

İran bir müddətdir Rusiyaya pilotsuz uçuş aparatları verir. Hər iki ölkə bunu gizlətməyə çalışsalar da, bu artıq faktdır. İran Rusiyaya verdiyi pilotsuz uçuş aparatlarını necə gizlətmək istəyir ki, həmin pilotların qalıqları Ukrayna ordusunun əlindədir? Hətta Ukrayna İranın pilotsuz uçuş aparatlarının birini hava limanlarının birinə endirə də biliblər. Yəni bu barədə əldə yetərincə sübut var.

Hətta ABŞ kəşfiyyatı da bəyanat verib ki, iranlı instrukturlar Krımda o pilotsuz uçuş aparatlarını havaya qaldırırlar. Bu məsələni sübut etmək çətin olsa da, dronların qalıqları var. ABŞAvropa da İran-Rusiyaya qarşı növbəti sanksiyalar haqqında düşünür.

Elxan Şahinoğlu: “ABŞAvropa da İran-Rusiyaya qarşı növbəti sanksiyalar haqqında düşünür”.

Rusiyanın İrandan uçuş aparatları alması həm də onu göstərir ki, Rusiyanın hərbi-sənaye kompleksi deyildiyi qədər müasir deyil. Həmişə hərbi-sənayesi ilə öyünən bir ölkə indi adi pilotsuz uçuş aparatları istehsal edə bilmir. Geridə qalmış İran və Şimali Koreyadan hərbi texnika almağa çalışırsa, deməli bu Rusiyanın ağır vəziyyətdə olduğunu göstərir.

İran dronları da Rusiyaya çox da üstünlük qazandırmayacaq. Sadəcə olaraq bu dronlarla Ukraynanın mülki obyektləri vurulur. İnsanlar həlak olur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Üç bürcün həyatında xoş dəyişikliklər olacaq    

Naftalanda güllə yarası alan 37 yaşlı kişi ölüb

Xronika: Ermənistanla Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib

BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçildilər

Hər şeydən narazı olan ermənilər indi də Almatı Bəyannaməsindən narazıdırlar...

Putinin Qərb təhdid mesajı: Rusiya Qərb ölkələrini vurmaq üçün kimlərə silah verəcək?..

Ən çox oxunanalar