Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pensiya yaşını keçmiş rayon rəhbərləri: 75 yaşlı icra başçıları var - Siyahı

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyətin başlatdığı kadr dəyişikləri ilk olaraq pensiya yaşı çatmış məmurların karyerasına son qoydu. Baş nazirlərin müavinləri Hacıbala Abutalıbov, Əli Həsənov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası ilə başlayan proses daha sonra demək olar ki, bütövlükdə hakimiyyət komandasını əhatə etdi.

Həmin dövrdə pensiya yaşına çatmış icra başçılarından da bəziləri işdən çıxarıldı. Lakin pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan icra başçıları var və onalrın sayı az deyil.

PİA.az Qaynarinfo-ya istinadən həmin icra başçılarının siyahısını təqdim edir:

Samux rayonunun icra başçısı Alı Qocayev - 1947-ci ildə anadan olub, 75 yaş.

Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 1947-ci ildə anadan olub, 75 yaş.

Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 1951-ci ildə anadan olub, 71 yaş.

Qobustan rayonunun icra başçısı Adil Məmmədov - 1952-ci ildə anadan olub, 70 yaş.

Ağcəbədi rayonunun icra başçısı Rafil Hüseynov - 1953-cü ildə anadan olub, 69 yaş.

Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 69 yaş.

Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov - 1954-cü ildə anadan olub, 68 yaş.

Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 1954-cü ildə anadan olub, 68 yaş.

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 1954-cü ildə anadan olub, 68 yaş.

Füzuli rayonunun icra başçısı Alı Alıyev - 1955-ci ildə anadan olub, 67 yaş.

Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 66 yaşı var.

Bakı şəhərinin icra başçısı Eldar Əzizov - 1957-ci ildə anadan olub, 65 yaş.

Xocalı rayonunun icra başçısı Şahmar Usubov - 1953-ci ildə anadan olub, 69 yaş.

Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

“Azneft” İB-in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın olub

Ən çox oxunanalar