Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekin: Tayvan boğazında beynəlxalq sular yoxdur...

Çin hökumətinin Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binqhua deyib ki, Tayvan boğazının hər iki tərəfi Çin ərazisidir və boğazda beynəlxalq sular yoxdur...

Poliqon Sinxua Agentliyinə istinadən xəbər verir ki, bunu Binqhua materiklə adanı ayıran boğazda status-kvonun saxlanmasına xarici dövlətləri cəlb etmək səylərini şərh edərkən deyib.

"BMT-nin Dəniz Hüququ Konvensiyasına və Çinin daxili qanunvericiliyinə əsasən, Tayvan boğazının suları daxili sulara, ərazi dənizinə, bitişik zonaya və eksklüziv iqtisadi zonaya bölünür", deyə Çen Binqhua bildirib.

Onun sözlərinə görə, beynəlxalq dəniz hüququnda beynəlxalq sular kimi hüquqi termin yoxdur. O, Tayvan rəhbərliyini boğazı beynəlxalq sular adlandıran ABŞ-la yanaşı oyun oynamaqda ittiham edib.

"ABŞ-la birlikdə təhrif olunmuş baxışa xidmət edən DPP (hökuməti Tayvanı idarə edən Demokratik Tərəqqi Partiyası-red.) hökuməti Tayvanın müstəqilliyinə can ataraq, xaricdən dəstək tələb etməklə milli maraqlara xəyanət edib", deyə sözçü bildirib.

Bu arada, Tayvanın Müdafiə Nazirliyi gün ərzində adanın ətrafında 26 hərbi təyyarə və Çin ordusuna məxsus 10 döyüş gəmisini aşkar edib. Bu, həftələr ərzində ilk kütləvi patrul əməliyyatıdır.

Eyni zamanda 18 təyyarə materiklə ada arasında qeyri-rəsmi sərhəd hesab edilən Tayvan boğazının orta xəttini keçərək onun üç tərəfdən hava hücumundan müdafiə aşkarlama zonasına daxil olub.

Bəzi Çin təyyarələri adanın sahillərinə təhlükəli şəkildə yaxınlaşaraq onun paytaxtı Taypeyə 80 kilometrdən az məsafədə uçub. Bundan əlavə, ötən axşam Çin hərbçiləri Sıçuan əyalətindəki Xiçanq buraxılış meydançasından Sakit Okeanın qərbinə doğru raket atıb, o da Tayvanın hava hücumundan müdafiə sisteminin aşkarlama zonasından keçib.

Tayvan Müdafiə Nazirliyi qeyd edib ki, Çin ordusunun fəallığına cavab olaraq onlar öz döyüş təyyarələrini və gəmilərini yerləşdirib, quruya raket sistemlərini döyüşə hazır vəziyyətə gətiriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar