Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiyaların qeydiyyatı çətinləşir - Tələblər 5 dəfə artırıla bilər

Siyasi partiya yaratmaq istəyirsənsə, bunun üçün seçicilərin ən azı bir faiz səsi tələb olunur

Bizdə də bir partiyanın yaranması üçün Azərbaycanda nə qədər seçici varsa, onun bir faizi həcmində imza tələb edilir və beləliklə həmin siyasi təşkilat qeydiyyata alınır, fəaliyyət göstərir.

Ancaq bu gün Azərbaycanda faktiki olaraq beş milyona yaxın seçici var və bu baxımdan, onun bir faizi beş minə yaxın seçici edir. Bu məntiqlə bizdə artıq partiyaların qeydiyyatı üçün tələb olunan min nəfərlik imza beş min nəfərlik imza ilə əvəzlənməlidir. Bir partiyanın mövcudluğu, qeydiyyatdan keçməsi üçün ən azı beş min imza lazımdır.

PİA.AZ bildirir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, indi ölkədə partiyaların qeydiyyatdan keçməsi üçün tələb olunan imza sayı xeyli azdır.

“Əslində, heç 0,5 faiz də yoxdur. Bu faiz, rəqəm hardasa 0,2 faiz, 0,1 faiz civarındadır. O baxımdan, əgər hər hansı bir partiya, siyasi təşkilat bir faiz imza toplaya bilmirsə, o, gələcəkdə istənilən seçkidə hansı nailiyyətlər əldə edə bilər?

Məsələn, bir nəfər deputatlığa namizədliyini irəli sürürsə, namizəd kimi qeydə alınması üçün ondan 450 imza tələb olunur, 50 imza da əlavə verirlər.

Və yaxud bir nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınması üçün 150 imza, həmçinin, prezidentliyə namizədlik üçün 40 mindən yuxarı imza tələb olunduğu halda, əgər hansısa partiya ən azı beş min imza toplaya bilmirsə, artıq onun ictimai-siyasi həyatda hər hansı rolu ola bilməz.

Onun partiya adlandırılması belə düzgün deyil. Odur ki, gələcəkdə bu məsələ nəzərdən keçirilə bilər. “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilərsə, bu məsələ də nəzərə alına bilər”, - deyə S.Novruzov əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ən çox oxunanalar