“Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimdən xəbər var...
PİA.az xəbər verir ki, usta məşqçi müalicəsinin yaxşı getdiyini bildirib: “Panikaya düşməyə, əndişələnməyə ehtiyac yoxdur. Özümü çox yaxşı hiss edirəm”.
Fatih Terim futbolçularına da səslənib: “Özünüzün, ailə üzvlərinizin qeydinə qalın. Kənar şəxslərlə əlaqəni kəsin, evdən bayıra çıxmayın. Mənə görə isə məyus olmayın. Hər şey yaxşı olacaq”.
pia.az