Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya dövründə benzinin və dizelin qiymətinin qalxmasının səbəbi nədir? - Bahalaşma manata necə təsir edə bilər...

Benzinin, xüsusən dizelin qiymətinin kəskin artırılması iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında hansı prosseslərə səbəb olacaq?..

İqtisadçı-ekspert: “Dizel və benzinin qiymətinin qaldırılmasının ekologiya ilə bağlantısının olmasının deyilməsi tamamilə məntiqsiz görünür”.

“Qiymət artımı hesabına azalan dotasiyaları kompensasiya etmək istəyirlər. Amma bunun fəsadları bütün iqtisadiyyata o cümlədən, qiymətlərin artımına, inflyasiyaya ciddi mənfi təsir edən amilə çevriləcək”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli dizel və benzinin qiymətinin artması səbəblərini və nəticələrini PİA.az-a şərh edərkən qeyd.

Xəbər verdiyimiz kimi 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Qeyd edilməlidir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Pandemiya səbəbindən iqtisadiyyatın yarıiflic vəziyyətdə olmasına baxmayaraq, hökümətin benzin və dizelin qiymətini qaldırmasını nə qədər zəruri qəbul etmək olar və bahalaşmaya görə hökümətin ortaya qoyduğu səbəbləri necə dəyərləndirməlidir? Həmçinin benzinin, xüsusən dizelin qiymətinin kəskin artırılması iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında hansı prosseslərə səbəb olacaq və bahalaşma yaxın günlərdə manata necə təsir edə bilər?

Benzin və dizelin bahalaşmasının nəticələrini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Benzin və dizelin qiymətinin qalxmasının manata birbaşa təsirləri yoxdur. Amma inflyasiyaya təsirləri var”.

Günü bu gündən logistikanın da bahalaşmasını diqqətə alsaq ərzaq məhsullarının marketlərə çatdırılmasında da nəzərə çarpacaq artımın olacağını vurğulayan iqtisadçı-ekspert PİA.az-a bildirib ki, bu da qiymətlərin tamamına mənfi təsir göstərəcək:

“Əslində bahalaşma ilə bağlı göstərilən səbəblər məntiqsizdir. Çünki əsas vurğunu ekoloji məsələyə yönəldən hökumət bu sahədə qeyri-səmimidir. Ekoloji məsələləri önə çıxardan hökumət ən azından ölkəyə gətirilən elektrik və hibrid avtomobillərin gömrük rüsumlarını sıfırlaya bilərdi ki, ölkəyə daha çox elektrik və hibrid avtomobil gətirilsin. Nəticədə ekoloji vəziyyətin düzəlməsi, ümumiyyətlə ekologiyaya vurulan ziyanın aradan qaldırılması məhz avtomobil yanacağı nöqteyi nəzərindən kifayət qədər böyük addım olmalıdır.

Biz bunu dəfələrlə təklif etmişik. Amma bu barədə hökumət tərəfindən heç bir addım atılmır. İndi isə dizel və benzinin qiymətinin qaldırılmasının ekologiya ilə bağlantısının olmasının deyilməsi tamamilə məntiqsiz görünür.

Benzininin və dizelin qiymətinin qalxmasının bir neçə səbəbi var. Bildiyimiz kimi bu il dövlət şirkətlərinə verilən dotasiyalarda xeyli azalma var. O cümlədən SOCAR-a verilən dotasiyalarda da azalmalar var. SOCAR ən böyük vergi ödəyicisi olmasına baxmayaraq büdcədən də ən böyük dotasiya alan şirkətlərdən biri idi. İndi dotasiyaların xeyli hissəsi azalıb və qiymət artımı hesabına azalan dotasiyaları kompensasiya etmək istəyirlər. Amma bunun fəsadları bütün iqtisadiyyata o cümlədən, qiymətlərin artımına, inflyasiyaya ciddi mənfi təsir edən amilə çevriləcək.

Natiq Cəfərli: “Yanacağın qiymətinin artması aqrar sektorda olan məhsullara da ciddi mənfi təsir göstərəcək. Təbii ki, onların qiyməti bahalaşacaq”.

Benzin və dizelin qiymətinin qalxmasının manata birbaşa təsirləri yoxdur. Amma inflyasiyaya təsirləri var. Çünki logistika bahalaşacaq, aqrar sektorun məhsulları bahalaşacaq və kənd təsərrüfatında maya dəyərinin formalaşmasında ən azı 30 faiz yanacağın payı var. Yanacağın qiymətinin artması aqrar sektorda olan məhsullara da ciddi mənfi təsir göstərəcək. Təbii ki, onların qiyməti bahalaşacaq.

Günü bu gündən isə logistikanın da bahalaşmasını diqqətə alsaq ərzaq məhsullarının marketlərə çatdırılmasında da nəzərə çarpacaq artım olacaq. Bu da qiymətlərin tamamına mənfi təsir göstərəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Benzin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar